Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Avqust

2017
15:51
Lənkəranda narkotik plantasiyası aşkar edildi

Lənkəranda narkotik plantasiyası aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Lənkəran Rayon Mühafizə Şöbəsindən Şəhər Rayon Polis Şöbəsinə Kənarmeşə kəndinin ətrafındakı ərazidə narkotik tərkibli bitkilərin kultivasiya yolu ilə yetişdirilməsinə dair şübhələrin olması barədə əməliyyat məlumatı daxil olub.

Məlumatın yoxlanılması məqsədilə Lənkəran ŞRPŞ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu müxtəlif giləmeyvə kolları ilə əhatələnmiş həmin ərazidə aqrotexniki qaydada qulluq edilmiş narkotik plantasiyası aşkar edib və onların yetişdirilməsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi üçün tədbirlərə başlanılıb.

Aparılan əməliyyat tədbirləri nəticəsində gizli şəkildə keşikçi itlə kolların arasından həmin əraziyə keçməyə cəhd edən bir nəfər yaxalanıb. O, şübhəli şəxs qismində saxlanılaraq ŞRPŞ-yə gətirilib.

Araşdırmalarla onun Xolmili kənd sakini Şahin Ağayev olması müəyyən edilib. O, digər həmkəndlisi ilə birlikdə həmin ərazidə kultivasiya yolu ilə narkotik tərkibli bitkilər əkdiklərini, yaxınlıqda qazdıqları su quyusundan suvarmaqla, aqrotexniki qaydada yetişdirdiklərini etiraf edib.

Hal şahidlərinin və mütəxəssislərin iştirakı ilə həmin əraziyə baxış zamanı oradan 30-u çıxarılmış, 28-i isə torpaqda olan ümumilikdə 58 ədəd çətənə kolu və sərilib qurudulmuş halda, narkotik vasitə olması şübhə doğuran yarpaqlar aşkar edilərək götürülüb.

Ekspertiza həmin narkotik vasitənin 5 kiloqram 100 qram marixuana olması barədə rəy verib.

Faktla bağlı cinayət işi açılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb

21

Sentyabr
14:00
İQTİSADİYYAT
170

DYP sürücü valideynlərə müraciət edib

21

Sentyabr
13:37
NƏQLİYYAT
166

ABŞ və Britaniya İrana çağırış etdi

21

Sentyabr
12:51
DÜNYA
208

İran ABŞ-a çağırış etdi

21

Sentyabr
12:20
DÜNYA
235
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2021 17:46





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru