Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 İyul

2017
10:39
Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq

2017/2018 dərs ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 266 ümumi təhsil müəssisəsində 936 məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcək. BŞTİ-nin sektor müdiri İlhamə Abdullayeva bildirib ki, məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq.

O deyib ki, 8 ay davam edən məşğələlər mayın 31-də başa çatacaq.

Sektor müdiri qeyd edib ki, məktəbəhazırlıq qruplarının 770-i Azərbaycan, 166-ı rus bölmələrinin payına düşür.

İ. Abdullayevanın sözlərinə görə, 2017-2018-ci tədris ilində məktəbəhazırlıq proqramı 5 yaşında olan uşaqların 65%-ni əhatə edəcək ki, bu uşaqlar üçün tədris ödənişsiz olacaq: "2015-2016-cı tədris ilində məktəbəhazırlıq proqramı bütün 5 yaşında olan uşaqların 24, 2016-2017-ci dərs ilində 55 faizini əhatə edib. 2018-2019-cu dərs ilində 75, 2019-2020-ci tədris ilində məktəbəhazırlıq proqramının 5 yaşında olan uşaqların 90 faizini əhatə etməsi nəzərdə tutulur".

Məqalədə : Məktəbəhazırlıq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
420

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
437

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
563

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
615
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 21:39





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru