Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 İyul

2017
20:43
Bakıda fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının sayı açıqlanıb

2017-2018-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 266 ümumi təhsil müəssisəsində 936 məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən xəbərə görə, məktəbəhazırlıq qruplarında dərs keçmək üçün əsasən təcrübəli, daha intellektual və peşəkar ibtidai sinif müəllimləri seçilib. Onlar üçün təlim kursları təşkil olunur. Təlim-məşğələlər məktəbəqədər təhsil üzrə ekspertlər və səriştəli psixoloqlar tərəfindən aparılır.

2017-2018- ci tədris ilindən məktəbəhazırlıq qruplarına cəlb edilən uşaqların ümumi sayı daha 10 faiz artırılaraq 65 faizə çatdırılacaq. Paytaxtın mərkəzi ərazilərində uşaqların məktəbəhazırlığa cəlb olunma səviyyəsinin daha yüksək olduğunu nəzərə alaraq BŞTİ müvafiq

artımın Bakı şəhərinin ətraf qəsəbələrində yerləşən ümumi təhsil müəssisələri hesabına həyata keçirilməsini nəzərdə tutur. Çünki aparılan araşdırmalar Bakının mərkəzi hissələrində yerləşən məktəblərə nisbətən ətraf qəsəbələrin ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarındakı uşaqların sayının az olduğunu göstərir. Həmin məktəblərdəki məktəbəhazırlıq qruplarında uşaqların sayını artırmaqla onların I sinfə daha hazırlıqlı getməsi təmin olunacaq. Bununla da, müvafiq məktəblərin tədris göstəricilərinin yüksəldilməsinə zəmin yaranacaq.

Ölkə üzrə ilk dəfə olaraq məktəbəhazırlıq qruplarına uşaqların qəbulu elektron qaydada aparılacaq. Bu proses sentyabrın 18-dək elektron sistemdə ərizələrin onlayn qeydiyyatı aparılmaqla həyata keçiriləcək. Məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə avqustun 15-dən sentyabrın sonunadək həyata keçiriləcək.

Məqalədə : məktəbəqədər 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
425

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
437

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
563

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
615
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 21:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru