Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 İyul

2017
16:26
Tovuzda arxeoloji qazıntılar zamanı döyüşçü qəbri aşkarlanıb - FOTO

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Nəcəf Müseyiblinin rəhbərlik etdiyi ekspedisiya iyun ayında Tovuz çayının sol sahilində yerləşən Xocalı-Gədəbəy mədəniyyətinə aid elmi dövriyyəyə “II Tovuzçay məzarlığı” adı ilə daxil olan abidədə arxeoloji qazıntılar aparıb.

İnstitutdan FaktXəbər-ə bildiriblər ki, eramızdan əvvəl II minilliyin axırları - I minilliyin əvvəllərinə (son tunc - erkən dəmir dövrünə) aid bu abidədə arxeoloji tədqiqatlar magistral qaz kəmərinin genişləndirilməsi ilə bağlı aparılan tikinti işləri layihəsi çərçivəsində həyata keçirilir.

Arxeoloji qazıntılar zamanı torpaq qəbirlərdə dəfn edilən insan skeletləri ilə yanaşı, saxsı qablar, silah nümunələri, yerli, eləcə də Yaxın Şərq ölkələrindən gətirilmə bəzək əşyaları tapılıb. Ən maraqlı tapıntılardan kişiyə məxsus bir qəbirdə, skeletin bel hissəsində aşkar edilən tunc kəməri və onunla birgə dəmir xəncəri xüsusilə qeyd etmək lazımdır. Bu tapıntılar dəfn edilənin döyüşçü, yüksək sosial statusa malik bir şəxs olduğunu göstərir. Qadın qəbrində isə çoxsaylı bəzək əşyaları – müxtəlif minerallardan hazırlanan muncuqlar və s. aşkar olunub.

Məqalədə : Tovuz 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
17843

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
16467

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
17862

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
17421

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
22880

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
17361

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
17475
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-08-2020 13:47





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru