Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 İyul

2017
16:02
Azərbaycan İslam Partiyası erməni təxribatı ilə bağlı mövqeyini açıqladı

AİP Fizuli rayonunun Alxanlı kəndinə ağır silahlarla hücumu ilə erməni hərbi birləşmələrinin Qarabağ torpaqlarından çəkilib getmək üçün bəhanə axtarışı kimi qiymətləndirir.

“Fürsət ötən bulud kimidir, onu əldən vermək olmaz. Erməni təcavüzkar ordusu Fizuli rayonunun Alxanlı kəndini iyulun 4-də axşam 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə məruz qoyaraq evlərə, inzibati tikililərə böyük ziyan vurmaqla 2 yaşlı Zəhranı və nənəsini qətlə yetirmiş, bundan başqa bir neçə dinc sakin də ağır qəlpə yarası almışdır. Hesab edirik ki, bu qəsbkar ordunun və işğalçı dövlətin Azərbaycana, vətənimizin ərazilərində dinc əhalimizə birinci həmləsi deyil və bu hücumlarda ilk qurbanlar vermirik. Yüzlərlə körpə, qadın, qoca belə vandallığın nəticəsində həyatını itirmişdir. Düşünürük ki, ermənilər, onların zabit və əsgərləri bu ağlasığmaz vəhşilikləri törətməklə Azərbaycan torpaqları ilə birmərrə olaraq vidalaşmaq niyyətlərindədirlər. Bu, ordumuz üçün düşməni silah gücünə müqəddəs torpaqlarımızdan təmizləmək üçün yetərli fürsət və əsasdır.

Hər bir vətəndaşın sağlam, təhlükəsiz yaşamasına cavabdeh olan dövlətimiz bu vürsəti əldən verməməlidir. Məlumdur ki, Azərbaycanın Silahlı Qüvvələri Beynəlxalq Antiterror Koalisiyası tərkibində İraqda, Əfqanıstanda hərbi xidmətlər yerinə yetirir. Bu gün isə Azərbaycan torpaqlarında dinc insanlara qarşı açıq terrorlar həyata keçirən erməni vandallarına qarşı beynəlxalq aləm heç bir adekvat addım atmaq niyyəti güdmür. ATƏT-in Minsk Qrupu həyatını itirən insanların yaxınlarına, dövlətimizə təsəlli olaraq bu hadisəni pisləməklə kifayətlənir.

AİP bir daha bəyan edir ki, erməni qəsbkarlığının, vətəndaşlarımızın ölüm hadisələrinin qarşısını nə bu işğalçı ordu haqqında cinayət işi qaldırmaqla, nə ölənlər barədə kütləvi hüzn keçirməklə, nə də ATƏT kimi beynəlxalq təşkilatların aldadıcı manevrləri ilə almaq olar. Əlbəttə, bu əməllərin bəzilərinə zərurət vardır, amma bütün bunlar düşmənə layiqli cavab sayıla bilməz. Və sabah, o biri gün erməni cəlladlarının sakinlərə qarşı növbəti belə vəhşi addım atmayacaqlarına zəmanət vetmək olarmı?  Bizcə, xeyir, çünki erməni xisləti bizi düşmən gözündə görür, yüz il də keçsə bu belədir və belə qalacaq.

Son hadisə artıq kifayət qədər dövlətlər tərəfindən qınanır və vəhşilik kimi qiymətləndirilir. Vəhşiliyə qarşı isə hücumun, onun məhv edilməsinin alternativi bizcə yoxdur. Bu qisası düşməndən Azərbaycan xalqından, ordusundan, silahından başqa heç bir qüvvə və vasitə ala bilməz. Allah xalqımızı qorusun!"

Məqalədə : AİP 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
351

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
491
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 06:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru