Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyul

2017
16:03
Həbsdə olan jurnalist Əziz Orucova ailəsi ilə görüş verilmir

Artıq bir aydır ki, Kürdəxanı təcridxanasında həbsdə olan jurnalist Əziz Orucovun ailəsindən xəbər var.  Xanımı, "Kanal 13" internet telekanalının redaktoru Lamiyə Orucova (Çerpanova) deyir ki, artıq bir aydır əsassız olaraq Əziz Orucova görüş vermirlər.

Mövcud vəziyyət bu yaxınlarda Orxan və Ramik Bayevlər tərəfindən dindirilmə zamanı təzyiqi qalxaraq koma vəziyyətinə düşmüş anası Almaz xanımın səhhətini daha da ağırlaşdırıb. Bir aydır oğlunu görməyən ananın həm fiziki, həm də psixoloji durumu kəskin pisləşib.

Lamiyə Orucova deyir ki, həbsxana divarlarının ardında hər addımında qanun pozuntusu var: "Hər həftə Əzizə aparılan sovqat tam yarı edilərək ona çatdırılır. Havanın temperaturu 30-35 dərəcə olmasına baxmayaraq içəri ventilyator keçirilməsinə icazə verilmir. Səbəbini soruşanda isə istehza ilə “Havalar elə qızmayıb" cavabını verirlər. Baxmayaraq ki, öz otaqlarında iki kondisioner işləyir. Bu, içəridə olan dustaqların hüquqlarının birbaşa pozuntusudur".

L.Orucovanın sözlərinə görə, artıq Əziz Orucovun işi ilə bağlı olan ilkin məhkəmə prosesi yekunlaşıb: "İşə yaxın günlərdə Avropa məhkəməsində baxılacaq. “Kanal 13”-ün redaktoru əlavə olaraq bildirdi ki, Avropa Şurasının Mətbuat Azadlığı platforması jurnalist Əziz Orucovun adını öz platformasına daxil edib.

Bu dünyanın bir necə nüfuzlu təşkilatının Avropa şurasını tərkibində yaratdığı jurnalistlərin azadlığına görə platformadır və Əziz Orucovun adı “Kanal 13”-ün rəhbəri olaraq ən yüksək təhlükə səviyyəsində, birinci dərəcəli həyəcan səviyyəsində ora salınıb.

Azərbaycan hökumətinə də müraciət olunub, lakin hələ heç bir cavab verilməyib. Hesabatda Əziz Orucovun adminstrativ şəkildə həbs olunması və həbsinin son günündə başqa bir ittihamla 4 ay həbs-qəti imkan tədbirinin seçilməsi daha sonra evində və ofisində axtarış aparılması hesabatda öz əksini tapıb, eyni zamanda hesabatda “Kanal 13”-ün fəaliyyətindən də bəhs olunub. Öz efirində hökumət və müxalifət nümayəndələrinə yer verən, sosial-iqtisadi problemləri işiqlandıran tam müstəqil televiziya olduğu qeyd olunub.

Hazırda Avropa Şurası Əziz Orucovun işi ilə bağlı ciddi fəaliyyət göstərir və eyni zamanda Avropa Şurasını digər müvafiq qurumları da, yəni İnsan Hüquqları üzrə və Media Məsələrli üzrə komissarların da məsələyə müdaxilə edəcəyi gözlənilir".

Qeyd edək ki, Ə.Orucovun barəsində Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq və külli miqdarda gəlir əldə etmə) və 308-ci (vəzifə saxtakarlığı ağır nəticələrinə səbəb olması) maddəsi ilə istintaq aparılır. Vəkilinin sözlərinə görə, Əziz Orucova qarşı qaldırılan cinayət işi “Kanal-13″-ün fəaliyyəti və “Qafqaz Media Təhqiqatları Mərkəzi” İctimai Birliyinin fəaliyyətinə görə irəli sürülüb.Musavat.com

Məqalədə : Əziz Orucov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
351

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
491
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 06:23





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru