Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyul

2017
11:16
Donald Trampın bu addımı jurnalistləri açıq hədəfə çevirdi - VİDEO

ABŞ prezidenti Donald Tramp dünən Twitter sosial şəbəkəsindəki səhifəsində montaj edilmiş video paylaşıb və bu, böyük müzakirələrə səbə olub. Videoda o, başında CNN-nin loqotipi olan şəxsi vuraraq yerə sərir.

FaktXəbər-in məlumatına görə, hadisə boks rinqinin kənarında baş verir. Rolikin 28-ci saniyəsində sağ aşağı küncdə FNN (Fraud News Network - Fırıldaqçı Xəbərlər Şəbəkəsi) yazısı peyda olur. Bu yazı CNN-nin loqotipi ilə eyni şriftdə göstərilir.

Prezident bu videoya heç bir şərh yazmayıb. Sadəcə olaraq #FraudNewsCNN və #FNN haştaqları qeyd edib.

Qeyd edək ki, bu videodan bir gün qabaq Tramp CNN-nin adının dəyişdirilərək FNN qoyulması təklifini səsləndirmişdi. 

Xatırladaq ki, videonun əsli 2007-ci ilə aiddir. Həmin vaxt biznesmen olan Donald Tramp WrestleMania proqtamının dəvətini qəbul edərək əvvəlcədən planlaşdırılmış çəkildə idmançı Vins Mekmeni yerə sərmişdi.

CNN telekorporasiya ABŞ prezidentini bu addımına cavab verib. Kompaniya ABŞ prezidentinin bu addımını zorakılığa dəvət kimi dəyərləndirib: "Bu videodan sonra jurnalistlərdən kimisə öldürə bilərlər. Amma buna baxmayaraq, işimizi davam etdirəcəyik. Donald Trampın xuliqanlığı bizi qorxuda bilməz".

Məqalədə : Donald Tramp 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
552

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
438

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
456

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
712

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
517
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-05-2021 06:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru