Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 May

2018
11:19
Oruclunun iftar vaxtındakı duası rədd edilməz

Dua hər vaxt möminin söykənib güvənəcəyi bir əsasdır. Həyatının hər mərhələsində duaya sarılıb İlahi rəhmətə pənah gətirmək, mömini digər insanlardan ayıran əsas xüsusiyyətlərdən biridir. Dua möminin həyatının hər anını əhatə edir. Gündə beş vaxt qıldığı namazın mənası elə da duadır.

Axşam yatanda, səhər qalxanda, yeməkdən əvvəl və sonra, evdən çıxanda, dostuyla görüşəndə, ümumiyyətlə bütün hal və hərəkətlərində dua möminin əvəzolunmaz bir vərdişidir. Bu vərdiş qaynağını Rəsulullahın sünnəsində tapır. Rəsulullah hər halında və hərəkətində dua edər, möminlərin də dua etməsini buyurardı. Çünki dua onu Rəbbinə yaxınlaşdıran bir vasitədir.

Duanı bir əsas olaraq mənimsəyən mömin nemət və bolluq anlarında Rəbbini xatırlayıb şükür hissləriylə dolduğu və bunu həmdu-sənalar ilə dilə gətirdiyi kimi, darlıq və çətinlik vaxtlarında da Rəbbinə sığınıb, ancaq Ondan kömək istəyir. Çünki dua qulluğun dəyişməz bir xüsusiyyəti və ayrılmaz hissəsidir.

Cənabı Haqq həmişə qullarının hər vaxt Ona dua etməyini istəyir:  "Mənim bəndələrim səndən Mənim barəmdə soruşanda (de ki,) Mən həqiqətən, (hamıya) yaxınam, Məni çağıran zaman dua edənin duasını qəbul edirəm. Odur ki, Mənim dəvətimi qəbul etsinlər və Mənə iman gətirsinlər ki, bəlkə yolu tapdılar." (Bəqərə Surəsi, 186.)

Bu, hər vaxt üçün belədir. Amma bəzi vaxtlar vardır ki, o vaxtlarda edilən dualar digər zamanlarda edilənlərə nisbətən qəbul olunmağa daha yaxındır. Bu mübarək vaxtlar arasında səhər vaxtları, cümə günlərinin müəyyən bir saatı, müqəddəs gecələr, xüsusilə də Qədr gecəsi, Ramazan ayındakı günlər birinci yerdədir. Bir çox hədisi-şəriflərdə bununla əlaqəli saysız-hesabsız müjdələr var.

Bu hədislərə görə, belə vaxtlarda İlahi rəhmət coşmaqdadır. Həm də möminin duasının qəbul olunması üçün lazım olan ixlas və həqiqi qulluq rəftarını lazım olan şəkildə yaşayaraq Allah-təalanın yanında məqbul bir qul halına gəlməkdədir.

Hədisi-şərifdə bu mənaya diqqət çəkilir və möminlər duaya təşviq edilirlər: 

"Ramaza ayının ilk gecəsində Cənnət qapıları açılar. Hər gecə səhərə qədər bir mələk çağırar: "Günahlarının bağışlanılması üçün istiğfar edən yoxdurmu? Tövbə edən yoxdurmu? Allah tövbəsini qəbul etsin. Dua edən yoxdurmu? Cavab verilsin. Özü üçün bir şey istəyən yoxdurmu? Arzusu dərhal yerinə yetirilsin."

Bir hədisdə oruclunun, duası rədd edilməyəcək üç adam arasında zikr edən Peyğəmbərimiz (s.ə.v) belə buyurur: "Üç adamın duası geri çevrilməz: Ədalətlə hökm edən hakimin, iftar edənə qədər oruclunun və məzlumun. "

İslamın digər məsələlərində olduğu kimi, bu barədə də ən gözəl nümunələri öz mübarək həyatlarında yaşayan Rəsulullah (s) Ramazan ayında hər cür ibadət və dualarını çoxaldardı. Həm də ətrafındakı möminlərin də bol-bol dua etmələrinə vəsilə olardı.

Əvvəldən axıra kimi İlahi rəhmət təcəllisinə səhnə olan Ramazan ayında iftar vaxtlarının ayrı bir bolluğu və qiyməti vardır. Bu müstəsna vaxtın dualar baxımından daşıdığı əhəmiyyəti Peyğəmbərimiz (s) belə ifadə edərdi: "Oruclunun iftar vaxtındakı duası rədd edilməz."

Abdullah bin Ömərin rəvayətinə görə, Rəsulullah iftar vaxtlarında bu duanı tez-tez təkrar edərdi: "Ya Rəbbi, hər şeyi əhatə edən rəhmətinin haqqı üçün məni əfv et və bağışla."

Səhvsiz olması və günahlardan qorunmuş olması ilə bilinən Peyğəmbərimiz bu duasındaki məna ilə ümmətinə bir irşad və nümunə göstərməsidir.

Peyğəmbərimiz (s) belə dua etməklə, möminlərə iftar vaxtlarının feyz və bərəkətindən istifadə etməyin ən gözəl yollarından birini göstərmiş və iftar vaxtının istiğfarla qiymətləndirilməsinin əhəmiyyətinə diqqət çəkmişdir.

Belə iftarlarda və səhər vaxtlarında İlahi dərgaha göndərilən ixlaslı dua və istiğfarlar sayəsindədir ki, möminlər Ramazan ayının sonunda günahlarından təmizlənmiş, tər-təmiz bir ruh və mənəviyyata sahib olurlar.

Buna görə də içində üzdüyümüz bu bənzərsiz fürsətlər dənizindən maksimum dərəcədə istifadə etməyə çalışmalıyıq. Tövbələrin ən çox qəbul edilib, günahların ən çox bağışlandığı və arzuların ən yüksək nisbətdə qəbul edildiyi bu mübarək ayda hər vəsilə ilə Cənabı Haqqa pənah aparmalıyıq.

Rəhmət dəryasının daşdığı Ramazan ayı boyunca ən gözəl duaları oxuyaq, salavat və münacatları fürsət tapdıqca təkrar edək, Qurandan və hədislərdən alınan qiymətli dualara müraciət edərək, Allaha bir az daha yaxınlaşmağa səy göstərək.

Gülşən Məmmədova / BDU-nun İlahiyyat fakültəsinin məzunu

Məqalədə : Ramazan ayı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxma sayı azalır

17

May
16:30
ÖLKƏ
154

DİN polis atasının iddialarına cavab verdi

17

May
15:13
HÜQUQ,HADİSƏ
165

"BACI DÖVLƏTLƏR" ÖZ AMPULASINDA

17

May
13:08
MÜNASİBƏT
205

Bakıda bir marşrutda gediş haqqı endirildi

17

May
10:38
İQTİSADİYYAT
311

18 minə yaxın şagird imtahan verəcək

17

May
10:25
ELM / TƏHSİL
296
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-05-2021 19:25





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru