Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 May

2018
11:34
Oruc kimi ibadətlər mənəvi ehtiyacları qarşılamaq üçündür

Ey Rəbbimiz! Bizə dünyada bir gözəllik və axirətdə də bir gözəllik ver və bizi cəhənnəm əzabından qoru.

Bu mələkuti səsdə və bu qiymətli duada uca Allahdan dünya və axirətimiz üçün xeyr və yaxşılıq tələb edirik.  Duada da Allahdan bu dünyada yaxşılıq tələb edirik.

İndi təmizliklər dünyasına ayaq basma sırası gəldiyi mübarək Ramazan ayında gəlin birlikdə uca Allahın sonsuz rəhmət dənizindən könüllərimizi doyuraq. Bu mübarək ayda könüllərimizi ilahi mehə verək və nemət süfrəsindən faydalanaq.

Hz. Rəsulullahdan (s) belə rəvayət edilir:  "Qul namaza durduğu vaxt,  Rəhman və Rəhim olan uca Allah ona baxar. Əgər qul başqa istiqamətə baxar və Allahdan başqa bir şeyə maraq göstərirsə, uca Allah ona belə buyurar: "Ey qulum, mən sənə baxıram, amma sən məndən başqasını düşünürsən. Görəsən o şey sənin üçün məndən dahamı qiymətlidir? Mənə tərəf bax, çünki sənin üçün məndən başqa heç bir şey daha yaxşı ola bilməz."

Oruc uca Allahın ən yaxşı nemətlərindəndir və qulu Allah qatına yaxınlaşdıran ibadətlərindən biridir. Ramazan ayı ilə əlaqədar ən əhəmiyyətli məsələ bu ayın əhəmiyyət və fəzilətini doğru şəkildə qavramaqdır. Mömin insan Ramazan ayının əhəmiyyət və fəzilətlərinin şüurunda olub, ilahi nemətlərdən faydalanmaq üçün lazım olan zəmini hazırlayar. Ona görə də bu bacarığın sayəsində Ramazan ayının qeyri-adi təsiri və faydaları ortaya çıxır. Bu mübarək ayda oruc tutan insan bu qiymətli ayın saniyəsi və dəqiqəsi boş keçməməsinə diqqət yetirməlidir. Bu barədə İslam Peyğəmbərindən belə rəvayət edilir: "Əgər qullar Ramazan ayında olan hər şeyi dərk etsəydi, bütün varlığı ilə bütün ayların Ramazan olmasını istəyərdi."

Psixoloqlara görə, müasir insanı vaxtaşırı bu gurultulu həyatdan qopub, bəzən öz daxilinə müraciət etməyi arzulayır. Bu istək, ancaq təkrarlanan yemək və içmək zəncirindən xilas olması ilə yerinə yetirilə bilər. Görəsən yer üzündəki ən üstün varlıq olan insan yalnız yemək və içmək üçünmü yaradılmışdır? Şübhəsiz, bu problemin cavabı xeyirdir. Təcrübələr hər nə qədər bir insan həyatında müvəffəqiyətli olsa da, yenə də daxili razılığı tam olaraq təmin olmur. Orucun bir digər məqsədi insanı maddi həyatın fırtınasından xilas edib, mənəvi dincliyə çatdırmaq və əbədi zövqləri daddırmaqdır.

Bilindiyi kimi insan maddi arzularının xaricində mənəvi istəklərindən də bəhs edilir. Mənəvi ehtiyac və istəkləri göz ardı etmək şübhəsiz ki, insanlara kompensasiyası mümkün olmayan zərərlər verər. Ancaq namaz və oruc kimi ibadətlər bu cür mənəvi ehtiyacları qarşılamaq üçündür. Bu ibadətlər insanı ucalmağa hazırlayar. Oruc, adamı bu yüksəlişdə zirvəyə çıxmasında kömək edər. İnsanı uçuruma sürüyən istək və nəfsinə qarşı mübarizə etmək, Ramazan ayında qarşılaşdığımız ən gözəl nümunədir. Oruc tutmaq insanı uca Allah qatına yaxınlaşması və ruhunu bütün pisliklərdən təmizləməsi üçün köməkçi olar. Bu həqiqəti bilən İslam Peyğəmbərinin ifadəsinə görə insan hər ayın ramazan ayı olmasını istəyər.

Efleen İngiltərədən olan gənc qızdır. O, atasının vəzifəsinin zərurətinə görə illərcə Əlcəzairdə yaşayır. Atasının Əlcəzair vəzifəsi gənc Elfeen üçün yeni bir dövrün başlanğıc nöqtəsi olur. Özü bu barədə belə deyir: "Heç unutmaram, o dövrdə öz yaşıdlarım olan bəzi müsəlman qızlarla oynayırdıq. Baxışları sevgi dolu idi və mənim müsəlman olmadığıma baxmayaraq mənə sevgi ilə yanaşır və bəzən məni evlərinə qonaq edirdilər. Bəzən onlarla məscidlərinə gedərdik. Məscidin xüsusi mənəvi atmosferi var idi. İnsan mənalı səssizliyə bürünürdü. O atmosferdə olduğumda sanki tərtəmiz bir dünyaya ayaq basmış kimi olurdum. Hərçənd hələ uşaq idim, amma o məkanda hiss etdiyim mənəvi duyğu məni heyran edirdi. Həmişə məsciddə oturmaq istəyirdim və namaz qılanların hərəkətlərini izləyirdim. Onların namaz əsnasında izlədiyi nizam mənim üçün çox maraqlı idi. Başda Quran kursları olmaq üzrə yığıncaqları çox cazibədar gəlirdi mənə. Yavaş-yavaş böyüdükcə mənlə İslam arasında bir yaxınlıq hiss etməyə başladım."

Efleen belə davam edir: "İslam nuru da uşaqlıq çağından könülümü işıqlandırmış və məni təptəzə və gözəl dünyaya aparmışdı. Ancaq bu sevgi İslam dini ilə əlaqədar araşdırmama təsir etmədi. Mən bu səmavi din haqqında ətraflı bir tədqiqat apardım və bu etiqadın yaradılış nizamını ən yaxşı şəkildə bəyan etdiyini və insanlara ehtiyacı olan barış və dincliyi təmin edəcəyini başa düşdüm."

Gülşən Məmmədova / BDU-nun İlahiyyat fakültəsinin məzunu

Məqalədə : Ramazan ayı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
795

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
1002
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-05-2021 11:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru