Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 May

2017
14:05
Vaxtı keçmiş kolbasanı kim yeyər - MÜNASİBƏT

Paytaxt supermarketlərində bu yaxınlara qədər müşahidə olunan uzun kassa növbələri xeyli azalıb. Bu gün çoxları ərzaq məhsullarına qənaət etmək məcburiyyətindədirlər. Amma yenə də, insanların çörək, tərəvəz, süd və ət məhsullarından ibarət əsas rasionu faktiki olaraq dəyişməyib. Ət almaq imkanı yoxdursa, istehlakçılar bəzən az miqdarda sosiska və kolbasalar əldə edirlər.

Amma Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Veterinar Nəzarət Xidmətinin yoxlamaları göstərib ki, bu məhsulların yeyilməsi sağlamlıq üçün təhlükəlidir. Ötən həftə idarə əməkdaşları satış üçün nəzərdə tutulmuş 100 kq-a yaxın vaxtı keçmiş kolbasa məmulatını müsadirə və məhv ediblər. Belə ki, Bakının Binəqədi rayonunda fərdi sahibkar Fuad Həsənovun qarajında yoxlama zamanı istifadə müddəti keçmiş 100 kq-a yaxın kolbosa məmulatı aşkar edilib. Kiflənmiş bişmiş "Doktorskaya" kolbosası, yarı hisə verilmiş "Kraxovskaya" kolbosası, "Sab" və "Oxotniçyi" ("Ovçu") sosiskaları aşkar edilib.

Məkanda havanın kondisiyalaşdırılması və soyutma sisteminin olmaması, ərzaqların isə antisanitariya şəraitində saxlanması da dəhşətli fakt idi. Yoxlama zamanı laboratoriya müayinəsi üçün kolbasa məmulatlarından nümunələr götürülüb. Nəticədə kolbasa və sosiskaların tərkibində salmonella və digər bakteriya növləri aşkar olunub.

Bu dəfə korlanmış məhsul supermarketlərin rəflərinə düşməyib. Amma düşdüyü hallar da olur. Bu yaxınlarda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi Bakının Nizami rayonunda "8-ci kilometr" bazarında üzərində tünd ləkələr, məhsulun xarab olduğunu göstərən əlamətlər olan "Delikat" və "Nur" əmtəə nişanlı kolbasalar aşkar edib. Laboratoriyada kolbasa nümunələrinin yoxlanması zamanı tərkibində at əti olduğu və təhlükəsizlik standartlarına cavab vermədiyi müəyyən olunub.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edir ki, ölkədə ərzaq məhsullarının keyfiyyəti və təhlükəsizliyi problemi həddindən artıq kəskindir. Mağaza sahiblərinin və tədarükçülərin əlbir olduğu hallar olur: satılmayan mallar mağazadan aparılmır, yalnız onun sənədləri dəyişdirilir. Nəticədə belə alınır ki, guya tədarükçü vaxtı keçmiş malı aparıb, eyni həcmdə yeni partiya gətirib.

"İndiki dövrdə "düzgün" sənədlər düzəltmək elə də problem deyil. Bu kağızlarla bağlı bütöv bir biznes qurulub. Bir də kassa aparatlarının və anbarların yaddaşını "ovsunlayan" proqramçılar "ordusu" var. Müfəttişlər isə, məlum olduğu kimi, məhsulun sənədlərin olub-olmadığını yoxlayır, onların etibarlı olub-olmadığını yox... Firma aktla məhsulu götürürsə belə, bu, sabah onun yeni məhsul gətirəcəyi demək deyil, çox güman ki, sadəcə yenidən qablaşdırılmış məhsul gətiriləcək. Ticarətdə işləyən hər kəs, yəqin ki, son satış müddəti tarixini göstərən rəqəmsal kodların silinməsi və ya üzərinə yenisinin yapışdırılması prosedurundan xəbərdardır", deyə Hüseynov qeyd edir.

Ekspertin sözlərinə görə, azərbaycanlı sahibkarlar hələ Qərb standartları ilə işləməyi öyrənməyiblər. Söhbət həm məhsulun istehsalı texnologiyasından, həm də marketinqdən gedir. Bakı mağazalarında heç yerdə istifadə müddəti bitmək üzrə olan və ya qablaşdırma nöqsanı olan malların düzüldüyü xüsusi stendlər görmək olmaz. Onların qiyməti xeyli aşağı salınmalıdır. Pribaltika və digər Avropa ölkələrində bu təcrübə var.

Aİ-nin reqlamentlərinə əsasən, satış müddəti bitmiş məhsullar emal edilərək, pişiklər, itlər və digər ev heyvanları üçün quru yem hazırlana bilər. Azərbaycanda isə heç kim bununla məşğul olmur. Avropada həmçinin müvafiq məhsulların endirimlə satışı təcrübəsi var, "Günün məhsulu" təyin edilir, hər bir mağazanın rəhbərliyi isə vaxtı keçmiş məhsulların piştaxtalara düşməməsinə ciddi nəzarət edir.

Məqalədə : kolbasa 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
386

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
541
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 10:15





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru