Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 May

2017
15:17
Bahar Muradova Zahid Oruca səsləndi: Bəlkə imkan verəsən danışaq?!

Ümumrusiya Azərbaycan Konqresinin ləğvi məsələsi Milli Məclisin bu gün keçirilən iclasında narazılığa və mübahisələrə səbəb olub.

Deputat Zahid Oruc çıxışı zamanı bildirib ki, ağılla Rusiyanı dərk etmək mümkün deyil.

O qeyd edib ki, ÜAK-ın ləğvi ermənilərin Rusiya dövləti üzərində qələbəsidir: “Mən başa düşmürəm ki, Rusiya ilə əməkdaşlıqdan kimlər narahatdır? Əminəm ki, qeydiyyat ləğvi məsələsi axıra kimi mümkün olmayacaq”.

Vitse-spiker Bahar Muradova isə deyib ki, bu, ilk növbədə Rusiyanın sərbəst toplaşmaq məsələsinə, vətəndaşına olan münasibətidir: “Biz Azərbaycanda rus dilini və mədəniyyətini ona görə inkişaf etdirmirik ki, bu, Rusiyanın xoşuna gəlsin. Sadəcə biz burada yaşayanlara qarşı adekvat münasibət göstəririk”.

B. Muradova həmkarlarına tövsiyə edib ki, bu məsələ ilə bağlı fantaziyalara söykənib çox dərinə getmək də düzgün deyil: “Çünki Rusiyanın daxili işidir və ilk növbədə o, öz vətəndaşlarının təşkilatını ləğv edib. Amma təbii ki, bu bizi narahat etməyə bilməz”.

Vitse-spikerin çıxışı zamanı Z. Orucun yerdən replikası onun sərt təpkisinə səbəb olub: “Zahid Oruc, bəlkə imkan verəsən danışaq?!”.

B. Muradova deyib ki, Azərbaycanda tolerantlıq hökm sürür və burada yaşayan istənilən xalqa hörmət var: “Amma təbii ki, biz də istərdik ki, başqa ölkədə yaşayan azərbaycanlılara da belə münasibət göstərilsin. Rusiyada Azərbaycanı sevməyən dairələr var. Lakin uzun illərdir iki ölkə arasında münasibətlər inkişaf səviyyəsinə gəlib çıxıbsa, demək ki, orada bizi sevənlər də çoxdur. Bu, onların politoloqları, siyasətçiləri tərəfindən açıq şəkildə deyilir. Sonuncu addım isə Azərbaycana qarşı düşmənçilik mövqeyidir”.

Deputat Qüdrət Həsənquliyev isə deyib ki, nə qədər ki, Rusiyanın yanında ermənilər var, çətin ki, Rusiyanın bizimlə münasibətləri normal olsun: “Biz bütün məqamlara hazır olmalıyıq”.

Öz növbəsində deputat Vahid Əhmədov bildirib ki, Rusiya faktiki olaraq Azərbaycanın müstəqilliyini qəbul etmək istəmir: “Eyni zamanda, Azərbaycanın dövlət başçısının müstəqil siyasətini yaxın buraxmaq istəmir. Rusiya hər zaman olduğu kimi, bu dəfə də Azərbaycanla təhdid dili ilə danışır. Biz də buna hazır olmalıyıq. Bununla yanaşı, Azərbaycanda yaşayan rusdilli insanlara qarşı münasibəti eyni səviyyədə saxlamalıyıq. Bu məsələdə diqqətli olmalıyıq. Kimlərsə bundan ölkəmizə qarşı istifadə etməsinlər”.(apa)

Məqalədə : Bahar Muradova Zahid Oruc 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
462

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
358

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
356

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
637

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
472
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-05-2021 00:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru