Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 May

2017
12:14
Mingəçevir və Qubada regional `ASAN Həyat` yaradılır

Cari il ərzində Mingəçevir və Qubada regional "ASAN Həyat" kompleksinin istifadəyə verilməsi, Şəki və İmişlidə isə 2 kompleksin inşasına başlanılması nəzərdə tutulur.

Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib.

İ.Kərimov qeyd edib ki, ilin sonunadək Bakı şəhərində 3 "ASAN Kommunal" mərkəzinin fəaliyyət göstərəcəyi nəzərdə tutulub.

İ.Kərimov əlavə edib ki, hazırda respublikada 11 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir:

"ASAN xidmət" mərkəzlərində vətəndaşlarımıza 230-dan çox xidmət təqdim edilir. Həmin xidmətlər 10 dövlət orqanı və özəl şirkətlər tərəfindən göstərilir. Bundan əlavə, 2016-cı ilin dekabrında fəaliyyətə başlayan "ASAN Kommunal" mərkəzində "Azəri-qaz" İstehsalat Birliyi, "Azərsu", "Azər-işıq" ASC-lərinin 45 növ kommunal xidmətləri göstərilir. Mərkəzlərin əhatə etmədiyi regionlarda 10 səyyar avtobus və "ASAN qatar" vasitəsilə vətəndaşlara xidmət göstərilir. Nəticədə bu günədək "ASAN xidmət" mərkəzlərinə 14 milyondan çox vətəndaş müraciəti qeydə alınmışdır. 108 Çağrı Mərkəzində isə 1 milyon 600 mindən çox zəng cavablandırılıb”.

İ.Kərimov qeyd edib ki, bir sıra beynəlxalq təşkilatlar və ekspertlər tərəfindən "ASAN xidmət" qabaqcıl təcrübə kimi qiymətləndirilir və artıq bir çox dövlətlərdə bu model tətbiq olunur.

Onun sözlərinə görə, ölkə başçısının gənclər siyasətinə uyğun olaraq yeni nəsil dövlət qulluqçularının formalaşdırılması məqsədilə 10 mindən artıq gənc "ASAN xidmət"in fəaliyyətinə könüllü qismində qoşulub. Onlardan 700-ü "ASAN kadr" portalı vasitəsilə işlə təmin edilib.(trend)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
196

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
274

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
574
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 03:38





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru