Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 May

2017
16:38
Bakı və Abşeronda qrunt sularının səviyyəsi qalxıb

Aprel ayında Bakı və Abşeronda su basma proseslərinin dinamikasında aktivlik qeydə alınıb, ərazilərin qrunt suları ilə basılması müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib ki, Binəqədi I mədən yaşayış sahəsinə düşən atmosfer yağıntılarının təsirindən su basma prosesi aktivləşib.

Onun sözlərinə görə, Binəqədi qəsəbəsi, Məlik Aslanov küçəsi və ətraf ərazilərdə atmosfer yağıntıları qrunt sularının səviyyəsinin qalxmasına səbəb olub, nəticədə ərazinin qrunt suları ilə basılması baş verib: “Bundan əlavə, Maştağa – Zabrat subasma sahəsi, Daş Karxanası yaşayış massivi və Qala qəsəbəsində qrunt sularının səviyyəsinin qalxması nəticəsində subasma prosesinin dinamikasında aktivlik qeydə alınıb”.

Ə. Qaralov qeyd edib ki, Zabrat – Məhəmmədi su basma sahəsində gölün səviyyəsinin qrunt suları hesabına qalxması və ətraf ərazilərin su ilə basılması müşahidə olunub. (APA)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
270

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
212

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
215

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
490

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
366
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-05-2021 14:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru