Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Aprel

2017
21:09
Tovuzda Milli Qəhrəmanın büstünün açılışı oldu - FOTO

Tovuzda Milli Qəhrəman Naiq Yusifovun büstünün açılışı olub.

 

Açılışda Tovuz rayon icra başçısı Tofiq Zeynalov, millət vəkili Qənirə Paşayeva, ziyalılar, ictimaiyyət nümayəndələri, Ağdam kənd sakinləri və məktəblilər iştirak ediblər.

 

Tovuz rayon icra başçısı T.Zeynlanov geniş çıxış edərək N. Yusifovun qəhrəmanlığından, ərazi bütövlüyümüz uğrunda şəhid olmuş tovuzlular haqqında danışaraq “bu gün də işğal altında olan torpaqlarımızı işğaldan azad etmək üçün hər birimiz Ali Baş Komandanın əmrinə hazır olmalıyıq və hazırıq” – deyib.

 

Çıxışına “dəyərli şəhid qardaşımızın, onun əziz ana və atasının, bütün şəhidlərimizin və onların ailələrinin qarşısında baş əyirəm”- deyərək, başlayan Q. Paşayeva N. Yusifovun böyüyüb boya-başa çatdığı Ağdam kəndinin Azərbaycanın qəhrəman kəndlərindən biri olduğunu bildirib və qəhrəman şəhidimizin həyat yolu ilə bağlı geniş çıxış edib:

“Mənim tanıdığım qəhrəman qardaşımız Naiq Yusifov bütün gənclərin də yaxından tanımasını və onun şəhidlik zirvəsinə gedən qəhrəmanlıqla dolu həyat yolunu hər bir gəncimizin öyrənməsini çox istəyirəm.

 

Ali Baş Komandanımızın söylədiyi kimi gənc nəsillərimiz qəhrəman şəhidlərimizin həyat yolundan örnək almalıdır və hər bir azərbaycanlı işğalçı Ermənistanın işğal altında saxladığı torpaqlarımızı işğaldan azad etməyə hazır olmalıdır.

 

Aprel zəfəri dövlətimizin və ordumuzun gücünü bir daha bütün dünyaya göstərdi və inanırıq ki, Ali Baş Komandanımızın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edcəıyik və o gün uzaqda deyil”.

 

Sonra Milli Qəhrəmanın atası və anası çıxış edərək N. Yusifovla bağlı xatirələrini bölüşüblər və Ali Baş Komandanın  hər zaman Milli Qəhrəman ailələrinə, şəhid ailələrinə diqqət və qayğısından danışaraq təşəkkürlərini bildiriblər.

 

Daha sonra büstün açılışı olub və Milli Qəhrəmanın büstünün üzərinə rayon ictimaiyyəti gül dəstələrini qoyub. (Modern.az)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
17863

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
16492

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
17887

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
17446

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
22905

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
17376

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
17500
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-08-2020 14:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru