Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Aprel

2017
09:38
İvanka Tramp: Suriya aerodromunu vurmaq üçün atama təsir etməmişəm

ABŞ prezidenti  Donald Trampın qızı İvanka Almaniyaya səfəri zamanı  bəyan edib ki, Suriyanın Homs şəhərində hərbi aerodroma  raket zərbələri endirmək barədə atasının qərarına təsir etməyib. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə ABC telekompaniyası xəbər yayıb.

«Bu düzgün interpretasiya olmazdı», -deyə jurnalistlərin onun Amerika mediasının  Suriyada kimyəvi silahla bağlı xəbərlərindən təsirlənərək Trampdan SƏR-dəki hərbi obyektləri vurmasını istədiyi barədə xəbərləri şərh edərkən bildirib.

Prezidentin qızı və yaxın köməkçisi olan İvanka əlavə edib: «Düşünürəm ki, hər bir insana gördüyü kadrlara baxmaq  və bərk təsirlənməmək, reaksiya verməmək çətin olardı».

İvanka Tramp  həmçinin vurğulayıb ki, o, prezidentin müşaviri olaraq Vşinqtonun görməli  işlərilə bağlı  öz baxışlarını təqdim edib və bu, artıq belə düşüncədə olan Amerika liderinin fikirlərilə üst-üstə düşüb.

Qeyd edək ki, cari ayın əvvəlin ABŞ prezidentinin oğlu  Erik Tramp  The Telegraph-ə müsahibəsində Suriyaya hava zərbələri endirməkdə İvankanın təsiri olduğunu demişdi. Independent qəzetinin  məlumatına görə, məhz Trampın qızının  bu məsələdə vacib rol oynayıb.

Xatırladaq ki, ABŞ Silahlı Qüvvələri aprelin 7-də  Amerika prezidentinin  fərmanı ilə Suriyanın Homs şəhərində harbi aerodroma 59 qanadlı raket atılıb. Vaşinqton  bu əməliyyatı  aprelin 4-də  Suriyanın  İdlib əyalətində kimyəvi silahın ehtimal olunan istifadəsinə cavab adlandırıb.

RF Müdafiə Nazirliyinin məlumatına görə, Suriya aviasiyası aprelin 4-də terrorçuların  kimyəvi silah istehsal etdiyi  zavodu bombalamışdı. Qurumun bildirdiyinə görə, terrorçular bu silahları  İraqa göndərirdilər, həmçinin Hələbdə istifadə edirdilər. RF Mətbuat Xidmətinin rəhbəri  Dmitriy Peskov  bəyan edib ki, Moskva  Homsda  hərbi bazanın Amerika tərəfindən  vurulmasını Suriya dövlətinin suverenliyinə  qarşı təcavüz hesab edir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
190

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
221

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
422

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
464

Xınalığa 2 sm qar yağıb

10

May
12:35
ÖLKƏ
661
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 12:05





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru