Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Aprel

2017
17:18
Zahid Oruc: Prezident Administrasiyası ləğv edilmir

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisdə "Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilib.

Millət vəkili Zahid Oruc "qafqazinfo”ya açıqlamasında dəyişikliyi şərh edib. O, bildirib ki, qanuna dəyişikliyin Prezident Administrasiyasının ləğv olunması kimi ictimaiyyətə təqdim edilməsi tamamilə yanlışdır: 

"Bildiyiniz kimi, 26 sentyabrda ölkədə referendum keçirildi və dövlət idarə etməsində vitse-prezidentlik institutu yaradıldı. Hazırda birinci vitse-prezident də təyin olunub. Belə olan təqdirdə təsisatın fəaliyyətini həyata keçirmək üçün onun çevrəsində aparat formalaşdırılır. Və orada təmsil olunan şəxslərin dövlət qulluğu kateqoriyasında ranqının hansı təsnifata, hansı ierarxiyadakı vəzifələrə uyğun olduğunu müəyyənləşdirmək üçün "Dövlət qulluğu haqqında” qanun qeyd olunan  dəyişikliklər aparılıb. Buradakı mahiyyət ondan ibarətdir ki, həmin şəxslər də dövlət qulluqçusu sayılacaqlar. Bunun  nəticəsində dövlət başçısının öz səlahiyyətlərini həyata keçirməsi üçün formalaşan Prezident Administrasiyasının fəaliyyətinin ləğvindən qətiyyən söhbət getmir”.  

Onun sözlərinə görə, birinci vitse-prezident Mehriban Əliyevanın dövlət idarəetmə sistemində yüksək yer tutması hakimiyyətin bütövlüyünə yalnız müsbət təsir göstərir: 

"Çünki ötən dövr ərzində Azərbaycanın Birinci Ledisi olaraq, Mehriban xanım daşıdığı bütün rəsmi vəzifələrində xalqa ləyaqətlə xidmətin ən yüksək nümunələrini yaradıb. Ona görə də, dövlət qulluğu ierarxiyasında aparılan son dəyişiklikləri ali icra hakimiyyəti sisteminin daha da təkmilləşdirilməsi kimi dəyərləndirmək lazımdır. Hər hansı qurumun ləğvi ilə bağlı məsələyə baxılmayıb və hakimiyyətin ağırlıq mərkəzinin dəyişdirlməsi barəsində verilən sualları şərh etməyi dövlətin vahid komandası əleyhinə təqdimatlar edənlərin təbliğatında iştirak etmək sayaram”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
635

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
827

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
649
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-05-2021 00:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru