Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Aprel

2017
11:05
Şəhid ailələri, Milli Qəhrəmanların övladları... - Sosial mənzil şansı...

İqtisadçı Vuqar Bayramov özünün feysbuk səhifəsində sosial mənzil üçün müraciət hüququ olan vətəndaşların kateqoriyalarını açıqlayıb. 

Sosial evlər ilə bağlı sorğulara cavab olaraq bildirmək istərdim ki, bu mənzillərə sahib olmaq istəyənlər gələn ayın 1-dən başlayaraq elektron müraciət edə biləcəklər. Təklif ediləcək ilk sosial evlərə güzəştli ipoteka almaq hüququ olan gənc ailələr sahib ola biləcək. Bunlar şəhid ailəsinin üzvü (əri/arvadı, övladları), Milli Qəhrəman (özü, əri/arvadı, övladları), məcburi köçkün və ya ona bərabər tutulan şəxs, ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs, ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs, idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer) olanlardır. Eyni zamanda, elmlər doktoru elmi dərəcəsi olan şəxs, ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları, ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslər də bu imkandan yararlana biləcəklər. Gənc ailə üçün yaş həddi 35-dir.

Sosial mənzillər bir, iki və üç otaqlı olmaqla inşa edilir. Bizim qiymətləndirmələrimizə görə, 1 otaqlı mənzil üçün aylıq ödəniş təxminən 180 manat, 2 otaqlılar üçün 240 manat, 3 otaqlılar üçün isə 360 manat olacaq. İlkin ödəniş 10 faiz olacaq. Bu o deməkdir ki, əgər mənzilin qiyməti 50 min manatdırsa o zaman 5 min manat ilkin ödəniş lazım olacaq.

Sosial mənzil almaq üçün müraciətlərin sayının çox olacağı nəzərə aldıqda qeydiyyat başladıqdan sonra daha tez müraciət etməyiniz məqsədəuyğundur. Çünki mənzillərin sayı məhdud, müraciət isə çox olacaq. Buna görə, ilkin müraciət edənlərə üstünlük veriləcəyi gözlənilir. Yasamalda inşa edilən sosial binalarda təxminən 1900 mənzilin istifadəyə veriləcəyi gözlənilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

18

May
16:56
BÖLMƏNİ DÜZ SEÇ!
198

Sabahın hava proqnozu açıqlandı

18

May
12:52
ÖLKƏ
228

Livan İsraili raketlə vurub

18

May
11:42
DÜNYA
200
Şərhlər
adsiz tərəfindən 13-04-2017 08:19:28 tarixində yazıldı
ehsen
Vuqar mellimin cox deyerli fikirleri olur, butun meselelere oz deyerli serhini bildirir. Misal ucun sual olunsa ki doolarin kursunun qalxmasi ne ile neticelenecek, derhal bildirir ki, manat ucuclasacaq. Halalm olsun iqtisadci alime. Deyirem bizim bu iqtisadci alim siravi kənd sakinin bilmediyi bir meselenin serhini ne vaxtsa verecekmi?
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-05-2021 19:05





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru