Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Aprel

2017
13:05
`Sovetski`nin layihəsindən məscidlərin söküləcəyi görünür - FOTO-VİDEO

Bir neçə gündür Bakının Yasamal rayonunda yerləşən və "Sovetski" kimi tanınan ərazidəki məscidlərin sökülüb-sökülməyəcəyi məsələsi gündəmdədir. Söhbət Hacı Əbdürrəhimbəy Qulubəyov və Hacı Cavad məscidindən gedir. 

Hacı Əbdürrəhimbəy məscidi fəaliyyətdə olmasa da, məscid Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli tarixi və mədəniyyət abidəsi kimi qorunur və 3607 №-li inventar kimi qeydiyyatdadır. Amma Hacı Cavad məscidi illərdir fəaliyyət göstərir və bu məscid də XIX-XX əsrlərə aid yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur, 3511 №-li inventarla qeydiyyatdadır.

 

Hacı Cavad məscidinə ötən həftənin cümə günü İcra Hakimiyyətinin nümayəndəsi gələrək 2 gün ərzində məscidi boşaltmalarını, söküntü olacağını bildirib. Amma hadisədən bir gün sonra Dini Komitənin nümayəndəsi gələrək, yanlışlıq olduğunu və məscidin sökülməyəcəyini deyib.

Amma bu da son olmayıb. Dini Qurumlarla İş üzrə Dovlət Komitəsindən məscid rəhbərliyinə yenidən bildirilib ki, məscid tezliklə söküləcək, onun saxlanması mümkün olmayıb. Bunun səbəbi odur ki, həmin ərazidə aparılan yenidənqurma işlərinin planında o məscid yoxdur. Yeni plan hazırlamağa məsul qurumlar isə layihəni dəyişmək istəmirlər.

Sözügedən məsələlərlə əlaqədar FaktXəbər olaraq Mədəniyyət və Türizm Nazirliyinə, Dini Qurumlarla İş üzrə Dovlət Komitəsinə və Yasamal rayon İcra Hakimiyyətinə müraciət etdik. Əlaqədar orqanlardan bu yöndə yaranmış müəmmaya aydınlıq gətirilməsini və rəsmi açıqlama ilə çıxış etmələrini istədik. Amma təəssüf ki, hər 3 dövlət orqanı cavab üçün vaxt istəsələr də sonradan telefonları qaldırmadılar.

FaktXəbər olaraq "Azəravtoyol" ASC-nin "Sovetski" məhəllələri üçün hazırladığı 3D görüntülü plana nəzər yetirdik. Görünən odur ki, yeni layihədə doğrudan da sözügedən məscidlər yoxdur.

Hacı Abdürrəhimbəy Qulubəyov məscidinin ərazisinin bir hissəsi 18 mərtəbəli binanın avtomobil parkına, digər hissəsi isə yaşıllıq zolağına düşür. 

Hacı Cavad məscidinin ərazisi isə tamamilə yaşıllıq zolağına düşür.

Hesab edirik ki, hər iki məscidin tarixi abidə statusunu nəzərə alaraq, yekunda sökülməyəcəyi ilə bağlı qərar çıxarıla bilər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
467

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
363

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
371

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
647

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
477
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-05-2021 01:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru