Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Mart

2017
16:30
`Kristal Abşeron` yalan məlumat yayıb

Azərbaycanın mənzil bazarında kifayət qədər aktiv olan “Kristal Abşeron” Mənzil-Tikinti Kooperativinin (MTK) Azərbaycan Beynəlxalq Bankı (ABB) adından yalan məlumat yaydığı üzə çıxıb. Bu, “Report”un apardığı araşdırma nəticəsində məlum olub.

Məsələ ondadır ki, tikinti şirkəti martın 17-də “Facebook” sosial şəbəkəsindəki səhifəsində 20 illik ipotekanın bərpa olunması barədə məlumat yayıb. Bununla da, ictimaiyyətdə bundan əvvəl əməkdaşlıq etdiyi ABB-nin yenidən 20 il müddətinə, illik 10%-lə və manatla kredit verməsi barədə fikir formalaşdırıb.

Araşdırma nəticəsində isə məlum olub ki, söhbət vətəndaşlarla 20 illik yeni müqavilənin bağlanmasından getmir. MTK müştərilərə vaxtilə ABB-nin maliyyə dəstəyi ilə kreditə verilmiş, hazırda da ipotekada olan, yəni kreditinin bir hissəsi ödənilmiş və geri qaytarılmış mənzilləri təklif edir.

Çünki, 20 illik ipoteka adı ilə təklif olunan evlərin heç birində müqavilənin müddəti 240 ay göstərilmir. Məsələn, şirkətin Bakının Suraxanı rayonunda, Yeni Günəşli qəsəbəsində satışa çıxardığı 68 kv. metrlik 3 otaqlı mənzilə görə 236 ay ödəniş etmək lazımdır. Yəni, mənzilin sahibi kreditə görə 4 ay ödəniş edib, sonra isə mənzildən imtina edib.

ABB-dən isə bir daha “Report”a bildirilib ki, hazırda yalnız “Azərbaycan İpoteka Fondu” ASC-nin xətti ilə ipoteka kreditləşməsi həyata keçirilib. Bankın öz vəsaiti hesabına, yəni daxili ipoteka proqramı çərçivəsində isə kredit verilmir.

“ABB yalnız mənzil krediti layihələri çərçivəsində tikinti şirkətlərindən mənzil almış müştərilərə onu satmaq imkanı yaradıb. Bundan ötrü lazımi sənədlərlə tikinti şirkətinə və banka müraciət edilməlidir”, - deyə kredit təşkilatından bildirilib.  

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
650

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
842

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
654
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-05-2021 01:55





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru