Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Mart

2017
14:18
Rusiya OPEC-ə xəbərdarlıq edib

OPEC və kartelə üzv olmayan neft ölkələri ötən ilin noyabrında Vyanada əldə edilən anlaşmanın vaxtını uzatmasa, Rusiya 2017-ci ildə neft hasilatını 548-551 mln. tona qədər artıra bilər. "Report" "İnvesting.ru" saytına istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak "Reuters" agentliyinə müsahibəsində bildirib. Nazir qeyd edib ki, hazırda anlaşmanın uzadılması barədə danışmaq üçün tezdir. Əvvəlcə onun qlobal neft ehtiyatlarına təsirinin öyrənilməsi lazımdır.
"Bizim hesablamalara görə, əgər anlaşma uzadılmasa, o zaman Rusiya hasilatı 548-551 mln. tona çıxaracaq", - deyə nazir vurğulayıb. Qeyd edək ki, Rusiya 2016-cı ildə 547,5 mln. ton neft hasil edib. Analitiklər anlaşmaya qoşulan ölkələrdən hər hansı birinin öhdəliyinə əməl etməməsi durumunda onun qüvvədən düşəcəyindən ehtiyat edirlər.

Xatırladaq ki, OPEC və qeyri-OPEC ölkələrinin növbəti iclası mayın 25-də keçiriləcək. Bu sammitdə anlaşmanın uzadılıb-uzadılmaması məsələsi müzakirə olunacaq. Son məlumatlara görə, hazırda OPEC anlaşma şərtlərinə 94%, qeyri-OPEC ölkələri isə 60% əməl edib. Ən az hasilatı azaldan ölkələrdən biri isə məhz Rusiyadır. O, 300 min barel əvəzində hasilatı fevral ayının yekunlarına əsasən 121 min barel azaldıb və öhdəliyinə 40% əməl edib. Bununla yanaşı, Rusiya ixracını 66 min barel/gün artırıb.
A.Novak həmçinin ABŞ-da gündəlik hasilatı ilə bağlı artım proqnozunu 300-400 min barel/gündən 400-500 min barel/günə yüksəldib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
385

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
402

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
543

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
590
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 19:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru