Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Mart

2017
12:46
Tarixdə bir ilk: Bitkoinlər qızıldan baha oldu

FaktXeber.com-un Life-a istinadla verdiyi məlumata görə, tarixdə ilk dəfə olaraq  bir bitkoinin dəyəri  qızıl unsiyasından baha oldu.

Hazırda 1 unsiya qızıl 1234,5 dollar olduğu halda, bitkoinin  kursu 1270 dollardan artıqdır. Analitikilər  bunu  ABŞda ilk dəfə olaraq kriptovalyuta əsasında ilk birja sərmayə fondunun buraxılması ilə izah ediblər.

Amerika hökuməti  belə bir fondun  yaradılmasına izn versə, bitkoin əməliyyatlar nəhəng sayda sərmayədarlar üçün mümkün olacaq. Qiymətli Kağızlar və Birja Komissiyası  bu məsələ bağlı yaxın günlərdə qərar verməlidir.

Xatırladaq ki, 2017-ci ilin fevralın ortalarında bitkoinlər  Yaponiyada rəsmi ödəniş vəsaiti kimi qəbul olunub. Bundan əvvəl kriptovalyutanın Yaponiya banklarında və Qiymətli Kağızlar  bazarında mübadiləsi qadağan idi.

Qeyd edək ki, Bitkoin – rəqəmsal kriptovalyuta və eyniadlı elektron ödəniş şəbəkəsidir. Bitkoinin əldə edilməsi prosesi “mayninq” adlanır. Ehtiyatı şəxsi kompüteriniz vasitəsilə də yarada bilərsiniz. Bunun üçün sadəcə ödənişsiz olaraq müştəri proqramını yükləmək lazımdır. Bitkoinlərin əldə edilməsi alqoritmi elə formada layihələndirilmişdir ki, “qəpiklərin” ümumi miqdarı 21 milyon vahiddən artıq ola bilməz. Buradan belə bir nəticə alınır ki, bitkoin ehtiyatları da qızıl kimi tükənəndir və bu da öz xüsusiyyətinə görə dövlətlərin milli valyutalarından fərqlənir. Çünki milli valyutalar istənilən miqdarda buraxıla bilər. Alqoritm daimi olaraq buraxılan bitkoinlərin sayını azaldır. 

Bitkoinin tarixi 2008-ci ildən başlayır. Bu zaman Satosi Nakamoto ləqəbli bir şəxs şəbəkənin iş prinsipi və protokolun təsvirini əks etdirən bir faylı nəşr etmişdi. Nakamotonu canlı olaraq heç kim görməyib. Bəlkə də bu ləqəb arxasında bir şəxs və yaxud real ixtiraçılardan ibarət böyük bir qrup gizlənir.

Məqalədə : bitkoin bitcoin 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Xalq artistinə mənzil verdi

17

Sentyabr
16:45
ÖLKƏ
177

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
190

Putin: "ABŞ Əfqanıstandan qaçıb"

17

Sentyabr
12:40
DÜNYA
220

Bakı metrosunda yenilik

17

Sentyabr
10:32
NƏQLİYYAT
360
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2021 02:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru