Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Fevral

2017
22:24
Kolbasa, şokolad, qazlı su kimi zərərli məhsulların reklamı ilə bağlı TƏKLİF

Azərbaycanda sağlamlıq üçün təhlükə törədən məhsulların reklamının qadağan olunması, yeyinti məhsullarının reklamı ilə bağlı prosedurun dəyişdirilməsi təklif edilir.

Səhiyyə Nazirliyinin Sağlam həyat tərzi üzrə milli koordinatoru Azad Hacıyev Trend-ə bildirib ki, əgər hansısa məhsul insanın sağlamlığı üçün təhlükə yaradırsa, onun ölkəyə gətirilməsinə məhdudiyyət qoyulmalı, reklamı da qadağan edilməlidir.

A.Hacıyevin sözlərinə görə, bəzi ölkələrdə genetik modifikasiya olunmuş məhsullardan istifadə edilir. Azərbaycanın qanunvericiliyinə görə, genetik modifikasiya olunmuş məhsulların idxalı və ölkədə istehsalı artıq qadağandır.

Azərbaycan Reklamçılar İttifaqının prezidenti Hacıəmi Atakişiyev isə Trend-ə deyib ki, təhlükəli məhsulların bazara yol açmaması üçün Azərbaycanda da yeyinti məhsullarının reklamı dünya ölkələrində olduğu kimi aparılmalıdır.

İttifaq sədri təklif edir ki, yeyinti məhsullarının reklam olunması üçün Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər müvafiq qurumlar həmin məhsulun insan sağlamlığına təhlükəsiz olması barədə rəy verməlidirlər. Yalnız bundan sonra yeyinti məhsullarının reklamına icazə verilməli, onun reklam işi təşkil olunmalıdır.

Qeyd edək ki, Rusiya Səhiyyə Nazirliyi insan sağlamlığı üçün zərərli olan kolbasa, çipsi, şokolad, qazlı su kimi məhsulların reklamının məhdudlaşdırılmasını təklif edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
195

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
301
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-05-2021 16:08





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru