Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Fevral

2017
21:03
Sabah Bakı və Abşeronun bəzi hissələrində qaz olmayacaq

Sabah Bakı və Abşeronun bəzi hissələrində qazın verilişində məhdudiyyətlər olacaq. “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, istehlakçıların qaz təminatının yaxşılaşdırılması, təbii qaza olan tələbatın təmin edilməsi və şəbəkənin gücləndirilməsi üçün daxili qaz şəbəkəsində aparılacaq təmir işləri, qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması, həmçinin istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması ilə əlaqədar, nəzərdə tutulmuş təmir işləri aparılacaq. Görülən işlər zamanı, 17 fevral 2017-cı il tarixdə  saat  09.00-dan  17.00-dək Abşeron, Binəqədi, Nizami, Nəsimi, Yasamal və Xəzər rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

 

Aparılan işlərin Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, eləcə də Xətai rayonunun Sarayeva, Q.Nəbi, Cavanşir, M.Hadi, S.Ə.Şirvani, Mehmandarov, Şıxlinski küçələrində, Gəncə prospekti və Zığ yolu ərazilərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

 

Bildirilir ki, görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.

 

 “Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
250

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
201

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
205

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
485

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
356
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-05-2021 14:25





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru