Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Fevral

2017
11:52
ABŞ kəşfiyyatı Donald Trampdan məxfi məlumatları gizlədir

FaktXəbər-in verdiyi məlumata görə, ABŞ-ın kəşfiyyat orqanları Donald Trampa etimad göstərmədiyi üçün məxfi məlumatları prezidentdən gizlədir. Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, Donald Trampın administrasiyasında Rusiya ilə əlaqələri olan siyasətçilər olduğu üçün kəşfiyyat orqanları məlumatlarını Ağ Ev rəhbəri ilə bölüşmür.

ABŞ kəşfiyyatı həmçinin Trampın qəfil və senzurasız çıxışlarından ehtiyyat edərək onunla məxfi məlumatları paylaşmaq istəmir. ABŞ prezidentinin kəşfiyyat sirrlərini aqresiv vəziyyətdə mediaya ilə paylaşmasından ehtiyatlanan kəşfiyyat strukturları məlumatları gizli saxlamağa üstünlük verir.
 
“The Wall Street Journal” hesab edir ki, yaranmış durum xüsusi xidmət orqanları ilə Tramp administrasiyası arasındakı etimadsızlığın nə qədər dərin olduğunu göstərir. Bundan əlavə Donald Trampın də kəşfiyyat xidmətlərini bəyənməməsi və onları hər fürsətdə tənqid etməsi Amerikada mümkün böhranın açıq təzahürüdür.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
316

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
466
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 04:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru