
V YAZI (IV YAZI)
“Soyqırımları tarixi” silsiləsindən növbəti yazımız alman faşistlərinin əməllərindən bəhs edir. Almanların birbaşa iştirakı ilə həyata keçirilmiş insan qətliamlarının sayı 10 milyonlarla ölçülür. Bu say sadəcə mülki vətəndaşlara aiddir. Alman faşistlərinin birbaşa iştirakı ilə baş vermiş II Dünya müharibəsində ümumilikdə 73 milyon insan dünyasının dəyişib.
Buna da baxın
Fransanın törətdiyi soyqırımından danışan generalın başına oyun açdılar |
Almanlar 1891-ci ildə xammal və kadr ehtiyaclarını ödəmək və cənubi-qərbi Afrikada (Namibiya) müstəmləkə yaratmaq məqsədilə işə başlayırlar. Bölgədəki çox zəngin qızıl, zümrüd yataqlarını ələ keçirməyin yolunun yerli Herero və Nama xalqlarını yox etmək olduğuna qərar verən almanlar qırğınlar həyata keçirirlər. Alman əsgərləri qoca, qadın, uşaq bilmədən hamını qətlə yetirirlər. Qırğından xilas olanlar isə işgəncəylə öldürülüb. Təxminən 132 min yerlidən sadəcə 15 min nəfər sağ qalıb.
Mükəmməl alman irqini yaratmaq istəyi
Almanlar 1933-45-ci illər arasında Böyük Alman İmperiyasını qurmaq və mükəmməl alman irqini yaratmaq məqsədilə digər millətlərdən ibarət 21 milyon insanı kütləvi şəkildə güllələyib, əsir düşərgələrindəki sobalarda yandırıb, qaz otaqlarında zəhərləyib. Alman rəhbərliyi özlərindən olmadığı üçün bütün irqləri əvvəlcədən müəyyən edərək siyahıya alıblarmış. Bu kampaniya zamanı qaraçıların 94 faizi axtalanıb.
Qaraçı soyqırımı
Qaraçılara qarşı faşist vəhşiliyi unudulan bir soyqırımıdır. Faşistlərin irqçi ideologiyası qaraçıların da "yox edilməsi lazım olan aşağı irqlər" kateqoriyasına daxil edirdi. Onların hakimiyyətə gəlməsi ilə birlikdə, Almaniyada yaşayan qaraçılar üzərində də təzyiq siyasəti başlayıb. Sənət qabiliyyətləri və özünəməxsus həyat tərzləri dünyanın bir çox ölkəsində mədəni bir rəng olaraq qəbul edilən və dözüm nümayiş etdirilən qaraçılar faşist Almaniyasında qeyri-insani nifrətin hədəfi olublar.
Qaraçıların kütləvi qırğını 1941-ci ilin payızında başlayıb. Bu dövrdə qaraçıları tapmaq, öldürmək və ya əsir düşərgələrinə göndərmək üçün xüsusi "Einsatzgruppe" silahlı dəstəsi yaradılıb. Almaniyadan on minlərlə qaraçı (qadın, qoca, uşaq və körpə də daxil olmaqla) Polşaya və oradan Belzec, Treblinka, Sobibor və Majdanek düşərgələrinə göndəriliblər. Hollandiya, Fransa və Belçikadan yola çıxan 30 minə yaxın qaraçı da Osvensimə göndərilir. Bu insanların böyük hissəsi faşistlər tərəfindən qətlə yetirilir. Osvensim Muzeyi Tarix Kafedrasının müdiri Dr.Franciszek Pirerə görə, Osvensimin bir hissəsi olan Birkenauya 23 min qaraçı göndərilib və onların 21 mini öldürülüb. Osvensim komandanı Rudolf Hessin xatirələrində yazdığı kimi, öldürülən bu qaraçıların arasında çoxlu sayda uşaq, yaşı az qala yüzə çatan qocalar, hamilə qadınlar da olub.
Yəhudilərə qarşı tətbiq olunan bütün vasitələr qaraçılara da tətbiq olunub. "Einsatzgruppe" dəstəsi qaraçıları da tapdıqları yerdə öldürürmüşlər. YUNESKO-nun nəşrləri arasında yer alan "Nasist terrorunun qaraçı qurbanları" başlıqlı bir məqalədə bu barədə məlumatlar verilir:
Polşada və Sovet İttifaqı ərazisində qaraçılar həm ölüm düşərgələrində, həm də açıq ərazidə qətlə yetiriliblər. Faşistlərin keçdikləri hər yerdə qaraçılar həbs olunub, qovulub və öldürülüblər. Yuqoslaviyada yəhudilərin və qaraçıların edamları 1941-ci ilin oktyabrında meşəlik ərazilərdə həyata keçirilib. Kəndlilər edam yerlərinə aparılmaq üçün yük maşınlara yüklənən uşaqların ağlamaqlarını və qışqırtılarını hələ də xatırlayırlar (Myriam Novitch, Gypsy Victims of the Nazi Terror, UNESCO Courier, Oct 1984).
Nə qədər qaraçının nasistlər tərəfindən öldürüldüyünü müəyyən etmək çətindir. Amma müəyyən rəqəmlər fikir formalaşdırmağa imkan verir. Tarixçi Raoul Hilberqin araşdırmalarına görə, soyqırımı ərəfəsində Almaniyada 34 min qaraçı olub və bunların çox böyük hissəsi öldürülüb. Rusiya, Ukrayna və Krımdakı qırğınlardan cavabdeh olan "Einsatzgruppe"nin hesabatlarına görə isə, bu ölkələrdə təxminən 300 min qaraçı qətlə yetirilib. Keçmiş Yuqoslaviyanın rəsmi sənədlərinə görə, təkcə Serbiyanın tərkibində 28 min qaraçı öldürülübmüş. Polşadakı qurbanlar üçün isə təxminlər də yoxdur. Tarixçi Cozef Tenenbaum bütövlükdə ən azı 500 min qaraçının faşistlər tərəfindən öldürüldüyünü bildirir. Bəzi tarixçilər isə bu rəqəmin 1 milyona qədər olduğu qənaətindədir (Ward Churchill, Assaults on Truth and Memory, Part II, 1997, ZNet).
Polşa qətliamı
Nasistlərin kütləvi məhv etmək siyasətinə ən çox hədəf olan millətlərdən biri də polşalılardır. II Dünya müharibəsi ərzində almanlar ümumilikdə 6 milyon Polşa vətəndaşını öldürüblər. Bunların böyük əksəriyyəti katolik polşalılar, digərləri isə qaraçılar və yəhudilər olub.
Hitlerin polşalılara olan nifrəti həm onları "aşağı insanlar" (Untermenschen) kimi qəbul etməsi, həm də almanların "yaşayış sahəsini" (Lebensraum) işğal etdiklərini düşünməsindən irəli gəlirdi. Bu səbəbdən ilk hərbi hücumunu da Polşaya qarşı başladır. 22 avqust 1939-cu ildə Almaniya Ordusu qəfildən Polşanı işğal etməyə başlayır və bu da İkinci Dünya müharibəsinin başlanğıcı olur. Hitler işğaldan bir neçə gün əvvəl komandirlərinə bu əmri veribmiş: "Heç bir rəhm göstərmədən Polşa mənşəli və ya dialekt danışan bütün kişiləri, qadınları və uşaqları öldürün. Yalnız bu şəkildə ehtiyac duyduğumuz yaşayış sahəsini əldə edə bilərik (Terese Pencak Schwartz How Could 5.000.000 Be Killed and Forgotten?, based on The Forgotten Holocaust by Dr. Richard C. Lukas).
Bəhs etdiyimiz bütün bu qırğınlar hesablandıqda isə, faşistlərin dinc insanlara qarşı qətliamları nəticəsində ümumilikdə 45 milyon dinc insanın öldürüldüyü ortaya çıxır. Ümumilikdə isə İkinci Dünya müharibəsində 73 milyon insan dünyasını dəyişib ki, bunlardan sadəcə 12 milyonu almanlardır. Onların isə 4 milyonu mülki vətəndaş olub.
Faşist Almaniyası tarixin gördüyü ən zalım və qəddar rejimlərdən biridir. Bu rejimi ortaya çıxaran irqçi və faşist ideologiyasının bir daha xortlamaması, bəşəriyyətə yeni fəlakətlər gətirməməsi üçün dünya miqyasında böyük fikir mübarizəsi aparılmalıdır. Çünki görünən odur ki, Almaniyanın mövcud hakimiyyəti də irqçi və işğalçı siyasətini davam etdirir. Bu gün Yaxın Şərqdə tökülən qanlara baiskarlardan biri də Almaniyadır.
Aqil Mehdi / araşdırmaçı jurnalist

Bakıda bağçalarda uşaqlara geyim və kakao alınması adıyla 2 mln. manata qədər pul qanunsuz xərclənib
15
Aprel- 21-02-2020 12:13 Dünyanın ən zəngin 10 ailəsinin adı açıqlanıb - FOTO
- 12-02-2020 16:26 ABŞ-ın ən zəngin 10 prezidenti - FOTO
- 22-11-2019 16:22 Hərbdə və mənəviyyatda generallıq
- 06-11-2019 12:30 Tarixdəki ən qorxulu 10 ORDU
- 01-11-2019 09:18 Oktyabrda bəzi banklar kredit faizlərinə yenidən baxıb - ARAŞDIRMA
- 30-10-2019 16:17 Soyqırımları tarixi: Nankin qətliamı - FOTO
- 25-10-2019 17:00 Əgər sizin də telefonunuz varsa, hökmən oxuyun...
- 23-09-2019 16:06 Bir Hindu üsyançının sındırılma tarixçəsi - ARAŞDIRMA
- 22-09-2019 21:34 ABŞ nə üçün yerin altında neft saxlayır? - ARAŞDIRMA
- 19-09-2019 16:08 Sıfırı ilk dəfə istifadə edən alim - əl-Xarəzmi
- 11-09-2019 12:59 Aşura ilə bağlı daha bir saxta VİDEO yayımlandı
- 31-08-2019 12:48 Qara çörək, yoxsa qaraldılmış çörək? - Firmalar hiyləgərlik edir
- 23-08-2019 17:02 Uşağı leylək gətirir, LGBT rəngi isə qayğıkeşlik rəmzidir
- 23-08-2019 11:33 Tələbələr Bakıda kirayə ev tapmırlar - ARAŞDIRMA
- 22-08-2019 16:26 Gənclər arasında populyarlaşan TikTok-un pərdəarxası
- 22-08-2019 12:50 Moskva avqustun əvvəlində baş verən nüvə partlayışını gizlədir-VİDEO
- 31-07-2019 12:20 Cahangir Hacıyevin cinayət şəbəkəsi haqda sensasion araşdırma
- 03-07-2019 14:54 Marketlərdə ərzaq qiymətlərində son vəziyyət - ARAŞDIRMA
- 01-07-2019 10:12 İçməli suya dair bilmədiklərimiz - VİDEO
- 20-06-2019 16:01 3 əsr haqqı tapdanan həkim - İbn əl-Nəfis
- 19-06-2019 19:38 Çimərliklərdə istirahət neçəyə başa gəlir? - ARAŞDIRMA
- 18-06-2019 15:03 Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI
- 10-06-2019 11:43 İlk xərçəng əməliyyatını həyata keçirən alim - Əli ibn Abbas əl-Əhvazi
- 03-06-2019 17:33 Tarixdə ilk katarakt əməliyyatını edən müsəlman alim: əl-Mousuli
- 22-05-2019 10:24 Bəzi məmurlar xidməti avtomobilsiz qalacaq