Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Yanvar

2017
15:26
Azərbaycan İslam Partiyası məhkəmənin çıxardığı qərara etiraz edir

AİP Taleh Bağırzadə və daha on yeddi nəfər barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə etiraz edib. Bu barədə partiyanın Mətbuat Xidmətindən “İslaminSesi”nə daxil olan məlumatda bildirilir.

“Taleh Bağırzadə və daha on yeddi nəfər barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin ədalətsiz hökmü bir daha göstərdi ki, ölkəmizdə qanunların aliliyi, vətəndaşlarımızın taleyi, təhlükəsizliyi hakimiyyət orqanları, xüsusən də qeyri-müstəqilliyini aşkar situasiyalarda sübut edən məhkəmə orqanları tərəfindən sual altına salınır, ən aşağı səviyyədə belə gözlənilmir. 

Nardaran hadisələrinin səbəbləri, bunlara zəmin yaradan başlıca amillər, hadisələrin inkişafı və arzuolunmaz nəticələr, həmçinin məhkəmənin ədalətsiz, qeyri-humanist hökmü hüquq-mühafizə orqanlarının xalqımıza, ölkəmizə beynəlxalq aləmdə baş ucalığı gətirməyən belə hadisələrin nəinki qarşısının alınmasında təhlükəsizlik tədbirlərinin tətbiqinə əməl etməməsi, əksinə, faciəli məqamların yaranmasına süni şəkildə şərait yaradılması birmənalı şəkildə qiymətləndirilmir. Baş verənlərə qeyri-peşəkar, qeyri-humanist yanaşmalar insanlarda radikal əhval-ruhiyyə yaradır. O cümlədən məhkəmə araşdırmasının qeyri-obyektivliyi, ittiham faktlarının tam sübuta yetirilməməsi, beləliklə də 18 nəfərə 260 il həbs cəzası hökmü verilməsi məhkəmələrimizin bu günkü acınacaqlı vəziyyətindən xəbər verir.

Tanınmış ruhani alim Taleh Bağırzadə və daha on yeddi nəfər barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin qeyri-adekvat hökmü ölkə vətəndaşlarının ciddi narahatlığına və etirazına səbəb olmuşdur. Hesab edirik ki, dindar cameəyə qarşı yönəlmiş qərəzli addım həm də insan hüquqlarına və sosial ədalətə hörmətsizlık və qəsd kimi qiymətləndirilməlidir. Biz Azərbaycan xalqına mənsub, milli mentalitetimizlə köklü şəkildə bağlanan humanizm, insanpərvərlik duyğularına ağır zərbə vuran belə addımları qətiyyətlə pisləyirik.

26.01.2017

Azərbaycan İslam Partiyası

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
785

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
1002
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-05-2021 11:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru