Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Yanvar

2017
20:09
“Sovetski”də dövlət ehtiyacı üçün yeni torpaq sahələri alınacaq

Nazirlər Kabineti “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” qərar verib.

Qərara əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində Nəriman Nərimanov prospekti ilə Balababa Məcidov, Fuad İbrahimbəyov və Abdulla Şaiq küçələri arasındakı ərazidə 260 ədəd, Nəriman Nərimanov prospekti, Süleyman Tağızadə, Abdulla Şaiq və Lev Tolstoy küçələrinin əhatəsində, Nəriman Nərimanov prospekti və Lev Tolstoy küçələrinin kəsişməsindəki ərazidə 23 ədəd, ümumilikdə sayı 283 olan vətəndaşlara məxsus yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı Şəhər Yasamal Rayon İcra Hakimiyyəti müəyyən edilib.

Bakı Şəhər Yasamal Rayon İcra Hakimiyyətinə tapşırılıb ki, nəzərdə tutulan torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə Nazirlər Kabinetinə təkliflər təqdim etsin.

Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, bu ərazilər “Sovetski” kimi tanınan məhəllədə yerləşir. (APA)

Məqalədə : Sovetski torpaq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
1186
Şərhlər
Rehimov Ibrahim tərəfindən 07-01-2017 18:54:56 tarixində yazıldı
N. Nerimanov praspekti hacan sokulecek
N.Nerimanov praspektinde geden iwlerden uzbe uz olan evler gece gunduz silkelenir her an tehluke qarwisindayix N.Nerimanov praspektinin o biri uzu evler zedelenmiwdi kohne evler olmagna baxmayarak dahada tehlukeli olmuwdu bizim evler geden iwlerin ucbatinan sokulub dagilsa biz hec kese subut ede bilmeyeciki traktorlarin ve asvalt basan ,katoklarin ucbatindan olub.biz bilirikki yollar salinmali weher abadlawmalidi ve sevinirik ve dozuruk amma qeyd edirikki tehlukesizliye gore ve xaiw edirik ki tez bir zamanda biz deride kocurulsun unvanimiz N.Nerimanov 177 evvelceden tewek kur edirik ALLAH iwinizi avand etsin
Rehimov Ibrahim tərəfindən 07-01-2017 18:55:36 tarixində yazıldı

Bölmənin digər xəbərləri

© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.

27-09-2021 08:49

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru