Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Dekabr

2016
11:26
Taleh Orucov Ümumdünya Kapoeyra Federasiyasının prezidenti seçilib

FaktXəbər-in verdiyi məlumata görə, Gənclər və İdman Nazirliyində Azerbaycan Kapoeyra Federasiyasının prezidenti Taleh Orucovun Estoniyada keçirilən seçkilər zamanı Ümumdünya Kapoeyra Federasiyasının (ÜKF) prezidenti seçilməsi ilə bağlı mətbuat konfransı keçirilib.

Tədbiri giriş sözü ilə açan Gənclər və İdman Nazirliyinin şöbə müdiri Fərid Mansurov Taleh Orucovun Kapoeyra Federasiyasının prezidenti seçilən yeganə azərbaycanlı olduğunu deyib.

Daha sonra çıxış edən Taleh Orucov kapoeyra idman növünün tarixi haqqında məlumat verərək qeyd edib ki, ilk uğur 2009-cu ildə əldə olunub: "Beynəlxalq Kapoeyra Federasiyasının Avrasiya qərargahı İrəvanda yerləşirdi. Biz həmin il Federasiyanın rəsmiləri ilə görüşərək qərargahın İrəvandan Bakıya köçürülməsinə nail olduq. Azərbaycan 2011-ci ildən etibarən Ümumdünya Kapoeyra Federasiyasına üzvdür. Oktyabrın 3-də təşkilata prezident seçkiləri baş tutdu. Ayrı-ayrı ölkələrdən olan namizədlərin sırasında Azərbaycandan mənim namizədliyim nazir Azad Rəhimov tərəfindən irəli sürüldü. Ümumdünya Kapoeyra Federasiyasının İdarə Heyəti tərəfindən səsvermə nəticəsində qalib seçildim."

İlk dəfə olaraq azərbaycanlının ÜKF prezidenti seçilməsinin Azərbaycana təsiri barədə danışarkən T.Orucov deyib ki, bu, Azərbaycan turizminin inkişafına müsbət təsir göstərəcək: "Çalışacağıq ki, Azərbaycanın bayrağını zirvələrə qaldıraq. Məqsədimiz federasiyaların sayını artırmaqdır."

Qeyd edək ki, Taleh Orucov 1981-ci ildə Lənkəran şəhərində anadan olub. O, 1997-ci ildə kapoeyra idman növünün Azərbaycanda əsasını qoyub. 2007-ci ildə Azərbaycan Kapoeyra Federasiyasını təsis edib və bu günə qədər Federasiyaya prezidentlik edir. Onlarla kapoeyra üzrə dünya və Avropa çempionlarımızı yetişdirib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
625

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
812

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
634
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-05-2021 23:25





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru