Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Noyabr

2016
14:33
Milli Məclisin sədri: Zahid Oruc, hövsələn olsun!

"Mənim aləmimdə ABŞ-da keçirilən seçkilər Amerika cəmiyyətində irqi, dini və milli böhranı ortaya çıxarıb. İkincisi, seçkilər ABŞ vətəndaşlarının pulunu Əfqanıstan və Yaxın Şərqdə, digər məkanlarda inqilablara xərcləyənlərin məğlubiyyətini ortaya çıxarıb. Bundan əlavə Ağ ev ətrafında əksəriyyəti Klintonun çevrəsində qərarlaşmış lobbi qruplarının, maliyyə mərkəzlərinin, ticarət şəbəkələrinin və onların qurduqları korrupsiya sistemi dağılmış olub”. 

Bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Zahid Oruc deyib.

“Ərəb şeyxlərindən tutmuş, ayrı-ayrı ticarət mərkəzlərindən alınan vəsaitlər seçki kampaniyasına yönəldilməkdə idi. Bu da oradakı seçki sisteminə qədər korrupsiyanın olduğunu sübut etmiş olub. Bütün bunlar bizim rəyimiz deyil, bunlarla bağlı yetərincə faktlar mövcuddur. Demokratiya adı altında ayır-ayrı ölkələrin məhvinə səbəb olan siyasətə xalq öz reaksiyasını bildirmiş oldu. ABŞ vətəndaşının problemini kənara qoyub, müxtəlif ölkələrdə siyasət quranlar və onlara necə yaşamağı diktə edənlər, liberal demokratiyanı ixrac edənlər qarşılarında çox ağır nəticə gördülər. Ona görə də hesab edirəm ki, bu, Türkiyə-Ermənistan sərhədini açmaq adı ilə Azərbaycan millətinin Dağlıq Qarabağ kimi dərdinin üstündən xətt çəkmək istəyən böyük siyasəti reallaşdırmağa çalışanların məğlubiyyəti oldu. Hörmətli Oqtay müəllim, bu mənim fikrimdir, bir deputat kimi siyasi mövqeyimdir. Xahiş edirəm bunu hörmətlə qarşılayın”, - deyə Z. Oruc bildirib.  

Spiker Oqtay Əsədovun cavabı isə belə olub: “Zahid Oruc bir hövsələn olsun, əvvəldən niyə elə narahat olmanı ifadə edirsən? Mən sənə nə deyirəm ki? Fikrini bildirmək istədin, mən də söz verdim”.(apa)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxma sayı azalır

17

May
16:30
ÖLKƏ
176

DİN polis atasının iddialarına cavab verdi

17

May
15:13
HÜQUQ,HADİSƏ
181

"BACI DÖVLƏTLƏR" ÖZ AMPULASINDA

17

May
13:08
MÜNASİBƏT
263

Bakıda bir marşrutda gediş haqqı endirildi

17

May
10:38
İQTİSADİYYAT
332

18 minə yaxın şagird imtahan verəcək

17

May
10:25
ELM / TƏHSİL
317
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-05-2021 21:15





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru