Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Noyabr

2016
10:03
FETÖ-nün pilotları etiraf etdilər: `Oruc tutmağa da qoymurdular`
"Təşkilat abiləri ilə hər 2 həftədə bir, heç bir əlaqə saxlamadan görüşdük"

FaktXəbər-in məlumatına görə, Türkiyədə aparılan FETÖ istintaqı zamanı ortaya yeni məsələlər çıxır. Həbs edilən pilotların bildirdiyinə görə, təşkilatın xal sistemi ilə 5 alanı F-16 pilotu, 1 alanı isə quru qoşunlarında zabiti edirlərmiş. İslamın şərti olmasına baxmayaraq, oruc tutmaq isə qadağan imiş.

Türkiyənin Konya vilayətindəki FETÖ araşdırmasında ifşa edilən 73 pilotdan 44-ü "peşmanlıq qanunu"ndan istifadə edərək, Türkiyə Silahlı Qüvvələrini (TSQ) idarə edən "təşkilat abiləri"ni ifşa edib. Təşkilatın onları robotlaştırdığını etiraf etmiş pilotlar, 15 ildir parçası olduqları təşkilata dair çox maraqlı məlumatlar da veriblər. 

ORUC TUTMAĞA İCAZƏ VERMƏDİLƏR

"Bizi orta məktəbdə müəyyən etdilər. Tələbə evlərində xüsusi dərs keçib, hərbi məktəblər və hərbi akademiyalara hazırladılar. Dosyemizdə təşkilatla əlaqə olmaması üçün, təşkilata aid olmayan dərshanələrə qeydə saldılar. TSQ-nın məktəblərinə addım atdığımızdan etibarən də kölgə kimi təqib etdilər. İslamın şərti olmasına baxmayaraq, ifşa olmayaq deyə, bizə oruc tutmağı qadağan etdilər. Nə hərbi lisey, nə hava hərbi məktəbi, nə də peşə həyatımız boyu heç vaxt oruc tutmadıq. Namazlarımızı isə 3 nöqtə müəyyənləşdirərək, işarələrlə qılırdıq. Təşkilatın əlində sanki əsir həyatı yaşadıq."

MAAŞDAN 15 FAİZ KƏSİM

"Hər ay maaşlarımızdan 15 faiz kəsdilər. Ailə quracağımız qadınları belə, təşkilat içərisindən seçməyimizi istədilər. Təşkilat abiləri ilə hər 2 həftədə bir, heç bir əlaqə saxlamadan görüşdük. Bu abilər aramızda yaxınlıq yaranmaması üçün 2 ildən bir dəyişdirilirdi. 8 illik təhsilin sonunda heç tanımadığımız komandirlərimizin verdiyi qiymətlərə görə təsnif edilmişik. Təşkilat TSQ-da vəzifə alacaq pilotlara xüsusi diqqət göstərirdi. 8 illik qiymətləndirmə sisteminə əsasən hansı zabitin orduda nə vəzifə alacağı müəyyənləşdirilirdi. Sistemdə ən yüksək reytinq olan 5 xal alanlar F-16 pilotu, 4 alanlar F-4 pilotu, 3 alanlar helikopter pilotu, 2 alanlar qüllə-radar zabiti, 1 alanlar isə quru qoşunlarında zabiti olurdu".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
800

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
1007
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-05-2021 12:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru