Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Oktyabr

2016
12:28
Məşhur `Mango` və `Zara` şirkəti suriyalı qaçqınları qanunsuz işlədib

FaktXəbər-in verdiyi məlumata görə, məşhur İngiltərə tekstil firmaları suriyalı uşaqlardan qanunsuz şəkildə istifadə edib.

BBC tədqiqatçı jurnalistika proqramı "Panorama"nın heyəti, Türkiyədəki suriyalı qaçqın uşaqların Böyük Britaniyada satılan tekstil məhsullarının istehsalında işlədildiklərini aşkarlayıblar.

Türkiyədəki tədarükçü zavodlarda gizli çəkilişlər edən "Panorama" heyəti, "Marks and Spenser" və internet satış mağazası "Asos" tərəfindən satılan paltarların istehsalında uşaqların işlədildiyini müəyyən edib.

Bundan başqa, qaçqınların "Zara" və "Mango"nun paltar istehsalında da kölə kimi işlədildiyi müəyyən olunub.

Jurnalistlər, "Marks and Spenser" şirkətin ən böyük zavodlarından birində yeddi suriyalı uşağı qanunsuz işlədildiyini müəyyən edib. Bu uşaqlara saatda 3,75 türk lirəsi pul verilir. Bu rəqəm, Türkiyədəki minimum məvacibdən çx aşağıdır. 

Jurnalistlərə açıqlama verən qaçqınlardan biri zavodda pis rəftara məruz qaldıqlarını deyib. Suriyalı birinə bir şey olsa, əski kimi götürüb bir kənara atırlar. Uşaq işçilərin ən gənci 15 yaşındadır və gündə 12 saat işləyir. 

Marks and Spenser sözçüsü, BBC kanalının jurnalistlərinin araşdırmasını  "M&S" üçün qəbul edilməz adlandırıb. O bildirib ki, zavodda çalışan suriyalılara qanuni məşğulluq təklif edəcəyik.

Digər şirkətlərdən isə məsələ ilə bağlı ətraflı açıqlama verilməyib. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
311

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
456
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 03:17





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru