Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Oktyabr

2016
12:18
Həkimlərin yekun attestasiyası YENİ QAYDADA aparılacaq

Bu ildən Azərbaycanda həkimlərin yekun attestasiyası yeni qaydalarla aparılacaq.

 

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraylı rezidentlərin yekun attestasiyasının təşkilinə dair geniş müzakirələrdə bildirib ki,  bu il ilk dəfə olaraq rezidenturada həkim mütəxəssis hazırlığı aparılan bütün ixtisaslar üzrə yekun attestasiya keçiriləcək. Qaydalara uyğun olaraq, yekun attestasiyanın 2 mərhələdə aparılacağını deyən rektor vurğulayıb ki, birincisi – test, ikincisi isə praktiki vərdişlərin mənimsənilməsinə görə müxtəlif kliniki halların araşdırılması mərhələsidir: “Əmrə əsasən, yekun attestasiyanın I mərhələsi oktyabrın 25-də, II mərhələsi isə oktyabr ayının 27 və 28–i tarixlərində keçirilməlidir. Attestasiyanın ilk mərhələsi Azərbaycan Tibb Universitetinin virtual test mərkəzində, II mərhələ isə universitetin müvafiq klinikalarında olacaq”.

 

G.Gəraylı qeyd edib ki, əvvəlki illərdə keçirilən yekun attestasiyası zamanı bəzi çatışmazlıqlar qeydə alınıb. Onun sözlərinə görə, xüsusilə, test suallarının və təcrübi bacarıqların hazırlanmasında bəzi ixtisaslar üzrə tələbatlar lazımi səviyyədə olmayıb: “Bu barədə Səhiyyə Nazirliyindən də iradlar bildirilib. Çatışmazlıqların aradan qaldırılması məqsədilə xeyli iş görülüb, ayrı-ayrı ixtisaslar üzrə test sualları və təcrübi bacarıqlara dair suallar yenilənib. Rezidenturaya ilk qəbul 2011-ci ildə başlayıb. 2013-cü ildə təhsil müddəti 2 il olan ixtisaslar üzrə, 2014-cü ildə təhsil müddəti 2 və 3 il olan ixtisaslar üzrə və 2015-ci ildə təhsil müddəti 2, 3 və 4 il olan ixtisaslar üzrə yekun attestasiyası keçirilib. Bu il isə əlavə olaraq təhsil müddəti 5 il olan cərrahi yönümlü ixtisaslar üzrə də yekun attestasiyası keçiriləcək. Bu il bütün ixtisaslar üzrə Bakı şəhərində olan bazalardan 356 nəfər yekun attestasiyasına buraxılıb ki, onların da ayrı-ayrı ixtisaslar üzrə sayı təhsil müddəti 2 il olan 8 ixtisas üzrə-68 nəfər, təhsil müddəti 3 il olan 9 ixtisas üzrə- 81 nəfər, təhsil müddəti 4 il olan 12 ixtisas üzrə-110 nəfər və təhsil müddəti 5 il olan 9 ixtisas üzrə-55 nəfərdir. Bunlardan 115 nəfəri ATU-nun məzunu. Bundan əlavə, 2015-ci ildə attestasiyaya buraxılmayan 16 nəfər və attestasiyanın I və ya II mərhələlərindən keçə bilməyən 13 nəfər də bu il yekun attestasiyada iştirak edəcək”. (APA)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
200

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
221

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
422

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
464

Xınalığa 2 sm qar yağıb

10

May
12:35
ÖLKƏ
661
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 12:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru