Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Sentyabr

2016
11:07
ABŞ kəşfiyyatına casusluq edən azərbaycanlılar - İNANILMAZ FAKTLAR

Dünyaya nəzarət istəyində olan ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) fəaliyyət taktikasını dəyişib.

CİA artıq agentlərə trilyonlarla pul xərcləmək istəmir. Əvəzində, Yer kürəsinin hər bir insanı onların casusu olacaq. Bu iş həm də könüllü və pulsuzdur.

 

Son zamanlar "Pokemon Go" virtual oyunu xeyli populyarlaşıb. 

 

Məlumatlara görə, bu oyun CİA-nın yeni layihəsidir. Layihənin mahiyyəti ondan ibarətdir ki, oyun aludəçiləri ABŞ kəşfiyyatını maraqlandıran obyektlərə yönləndirilir və çəkilən fotolar CİA-nın qərargahına daxil olur. 

 

Plan belədir: oyun zamanı insana tapşırıq verilir ki, filan yerdə pokemon var və onu tutmaq lazımdır. Oyunçular işarə verilən yerə yönəlir və lazımi yerin fotosunu çəkirlər. Toplanan informasiyalar avtomatik olaraq kəşfiyyat bazasına daxil olur.

 

Beləliklə, insanlar könüllü şəkildə lazımi yerlərin, obyektlərin, binaların fotolarını çəkir və Amerika kəşfiyyatına casusluq edirlər.

 

Qeyd edək ki, "Pokemon Go" oyununda həm virtual, həm də real dünyanı ehtiva edən pokemonları oturduğun yeri tərk edərək axtarıb tutmaq lazımdır. Pokemonlar xəyali varlıqlardır, "fövqəltəbii qabiliyyətləri" var. Oyun bu ilin iyul ayının əvvəlində istifadəyə verilib. Hazırda istifadəçi sayı rekord həddə yüksəlib.

 

Azərbaycanda da pokemon həvəskarları günü-gündən artır. Artıq "Facebook"da "Pokemon Go Azerbaijan" səhifəsi də yaradılıb və minlərlə istifadəçi tərəfindən bəyənilib.

 

Oyunun təhlükəli tərəfləri onu deməyə əsas verir ki, dünyanın müxtəlif yerlərində olduğu kimi, Azərbaycanda da pokemon oynayan insanlar bilməyərəkdən ABŞ kəşfiyyatının casusuna çevrilirlər. Misal üçün, x pokemonçu azərbaycanlı strateji əhəmiyyətli obyektin yanından keçərkən, qəfil "pokemon"a rast gəlir və onu "vurmaq" üçün telefonun kameralarını işə salır. "Pokemon" vurulan zaman həm də strateji obyekt haqda vizual görüntülər və koordinatlar artıq CİA-nın bazasına daxil olur. Göründüyü kimi, bu, olduqca təhlükəlidir.

 

Lakin ABŞ kəşfiyyatının dollar xərcləmədən məlumat toplamasının digər yolları da var.

"Taç pad"

Telefonun, yaxud kompüterin barmaq izi ilə açılması. Bu, insanların öz barmaq izlərini könüllü şəkildə Amerika kəşfiyatına ötürməsi deməkdir.

"Geolokasiya"

İnsanlar sosial şəbəkələrdə hazırda harada olduqlarını göstərirlər. Bu, onları rahat şəkildə izləmək imkanı qazandırır.

"Selfi"

Populyarlığı ilə xəstəliyə çevrilən selfi planetin bütün insanlarının öz fotolarını könüllü şəkildə CİA bazasına göndərməsinə şərait yaradır. Artıq "dərin güclər" dünyanın ən ucqar yerində yaşayan insanı da üzdən tanıyır. Onlar buna selfi sayəsində nail olublar.

Qeyd: Maraqlı məqamlardan biri də odur ki, ABŞ kəşfiyyatının məlumat topladığı bu cür vasitələr, yaxud oyunlar qısa zaman ərzində bütün dünyada məşhurlaşır. Hesab etmək olar ki, vasitələrə populyarlıq qazandırmağın da arxasında müəyyən plan yatır. Yoxsa selfi kimi adi bir fotoçəkilişin xəstəliyə çevrilməsinə nə səbəb ola bilərdi? (Publika.az )

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sanders: Tramp diktaturaya kömək edir

21

Fevral
11:19
DÜNYA
70

Bakıda yeni tunel çəkilə bilər

21

Fevral
11:00
NƏQLİYYAT
136

Kolleclərə tələbə qəbulu elan edildi

21

Fevral
10:45
ELM / TƏHSİL
166

Azərbaycanda daha bir vəzifəli şəxs tutuldu

21

Fevral
10:30
HÜQUQ,HADİSƏ
512

Azərbaycanda bu sahədə maaş 3 min manatdan çoxdur

21

Fevral
10:25
İQTİSADİYYAT
281

İtkin düşmüş 5 nəfər tapılıb - RƏSMİ

21

Fevral
09:50
HÜQUQ,HADİSƏ
286

Qonaq getdikləri evdə dəm qazından öldülər

21

Fevral
09:45
HÜQUQ,HADİSƏ
321

Xarici valyutaların manata qarşı məzənnələri

21

Fevral
09:40
İQTİSADİYYAT
275

İranda parlament seçkiləri keçirilir

21

Fevral
09:20
DÜNYA
327

Bərdədəki həbslərlə bağlı - RƏSMİ AÇIQLAMA

20

Fevral
17:53
HÜQUQ,HADİSƏ
560

Fevralın 21-nə manatın məzənnəsi

20

Fevral
17:31
İQTİSADİYYAT
314

"Orqan mafiyası" ilə bağlı məlumatlara - RƏSMİ AÇIQLAMA

20

Fevral
17:10
BÖLMƏNİ DÜZ SEÇ!
350
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-02-2020 11:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru