Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Sentyabr

2016
16:53
Google-nin dünyadan sirr kimi gizlətdiyi 20 yer - FOTO

Elm-texnologiya nə qədər inkişaf etsə də, hələ də əksəriyyətimizin mənasını anlamadığı işlər var. Elə indi barəsində danışacağımız 20 yer kimi. Bu yerləri “Google Maps” xidməti hansısa bir səbəbə görə sirr kimi gizlədir. Hər bir kəsin evinin, obyektinin görüntüləri göz önündə olsa da, Google şirkəti sözügedən 20 yerin görüntülərini vermək niyyətində deyil.

FaktXəbər olaraq həmin yerlərin görüntülərini təqdim edirik.

1. Kanadada İnuit xalqının yaşayış bölgəsindəki Baker gölü: Google xəritə tətbiqində bu bölgəyə lent çəkilib. Gizlədilən bu sahə və regiondakı başqa oxşar bir neçə yerdə trianqulyasiya işarələri olduğu deyilir.

2. Rusiyadakı bu naməlum bölgədə nə yerləşdiyi bilinmir. Rusiya sosial şəbəkələrində bur barədə aparılan müzakirələrdə bildirilir ki, ərazi Berinq boğazına və Alyaskaya yaxın yerləşdiyi üçün böyük ehtimalla burada müdafiə bazası ballistik raketlərin yerləşdiyi ərazidir. Həmçinin bildirilir ki, bölgənin heç bir yerdə həqiqi şəkli yoxdur və verilən şəkillər də başqa ərazilərdən kopyalanmış saxta şəkillərdir.  

3. Pasifik Northvest: Burada tam olaraq nəyin gizlədilməsi barədə məlumat yoxdur. Vaşinqton-Oreqon sərhədinə yaxın yerdə yerləşən regionla bağlı bir çox məlumat var. Ən geniş yayılmış iddia isə burada FEMA və HAARP ilə bağlı hərbi işlərin aparılmasıdır. Əraziyə gedənlər görüntüdə bomboş olan ərazinin tikanlı məftillərlə əhatələndiyini və heç bir giriş qapısının olmadığını deyir.

4. Vokel Hava Bazası: Hollandiyada yerləşən bu bazanın nəyə görə gizlədildiyi barədə bir müddət əvvələ qədər məlumat yox idi. Amma bu stansiya barədə məlumatı bizlərə Culian Asanc "Wikileaks" vasitəsi ilə çatdırdı. Wikileaksın ortaya çıxardığı sənədlərə görə bu üstə nüvə silahı başlıqları yerləşir.

5. Szazhalombatta neft emalı zavodu, Macarıstan: Adi bir neft emalı zavodu olan bu sahə qəribə bir şəkildə gizlədilmiş vəziyyətdədir. Zavod binaları görüntülərdə yox edilib.

6. Farer adalar, Danimarka: İddiaya görə, bura hərbi bazadır, həm də bəlkə də dünyanın ən az qorxuducu ölkəsində. İndiyə qədər sülh mövqeyi ilə tanınan Danimarkanın nə planlaşdırdığı bir az düşündürücüdür.

7. Ramstein Hava Bazası, Almaniya: NATO-ya aid bu hərbi hava bazası xüsusilə İraq əməliyyatında iştirak etmiş qoşunlara aiddir, ona görə də terror hücumları üçün ciddi bir hədəfdir. Ehtimal olunur ki, Google buna görə bölgəni bağlayıb.

8. Mobil Oil Corp, Buffalo - ABŞ: Bəzi istifadəçilər Mobilin Buffalodakı mərkəzinin gizlədilməsini istəməsinin absurd olduğunu, çünki terrorçular üçün hədəf deyil.

9. Reyms Hava Bazası, Fransa: Bu yerin də niyə gizlədildiyi müəmmalıdır.

10. İndian Nüvə Enerji Stansiyası, Nyu York: Aydın görüntüsü verilməsə də, stansiyanın tamamilə bağlanması gündəmdədir. Xüsusilə də Yaponiyadakı Fukuşima fəlakətindən sonra bu stansiyanın ciddi təhlükəsizlik problemi olduğu ortaya çıxıb.

11. HAARP Bazası, Alyaska: ABŞ-ın hazırda ən diqqətçəkən döyüş silahı olan HAARP (High Frequency Active Auroral Research Program) səs gücü ilə aparılacaq əməliyyatlar barədə qorxu yaradır. Gözlərdən gizlədən bu sahəylə bağlı aparılan təcrübələrin lazım gəldikdə zəlzələlərə, sellərə səbəb ola biləcək qədər güclü olduğu iddia edilir.

12. Mazda yarış sahəsi, ABŞ: "Google Maps"dəki ən qəribə senzuralardan biri də bu regiondur. Sadə yarış zolağı olan sahənin bir hissəsi görüntülərdə sanki əsəblə çəkilmiş kimi görünən ağ bir örtüklə örtülüb.

13. Tantauko Təbii Parkı, Çili: Googlenin nəyə görə nəsli kəsilməkdə olan heyvanların yaşadığı bu ərazini gizlətməsi məlum deyil. Əksinə, bütün dünyanın diqqətindən kənarda qalaraq yox olmaq təhlükəsi ilə üzləşən canlılar üçün hərəkətə keçmək lazımdır.  

14. Atom sahəsi, Fransa: Əslinə baxsaq, heç kəs The Marcoule site of the Commissariat l’Energie Atomique”in nə məna verdiyini bilmir. Dəqiq olan sadəcə budur ki, adında "atom" sözü olan yer xeyir əlaməti deyil.

15. "The Hil", digər adı ilə Reablitasiya Mərkəzi: Nyu Yorkdakı bu çox yüksək müdafiəli həbsxananın nə üçün gizlədildiyi ilə bağlı məntiq yürütmək elə də çətin deyil. Son zamanlar müxtəlif ölkələrdəki həbsxanalarda baş verən hadisələr, qaçışlar və xüsusən də Attikadakı həbsxana üsyanından sonra böyük ehtimalla rəsmilər helikopterlə qaçış əməliyyatından çəkinirlər.

16. Rus milyarderin evi: Google-nin evini gizlətdiyi şəxs Qazpromun icraçı direktoru Alexey Millerdir. Bu adamın nə üçün digər dünya vətəndaşlarına tanınmamış haqdan istifadə etdiyi Google şirkətinə ünvanlanan iradlar sırasındadır.

17. Polkovnik Sanders: Ən əcaib senzuralardan biri: KFC-nin loqosu! "Kentucky Fried Chicke"nin loqosunda Polkovnik Sandersin üzü dünyanın hər yerindən verilən Google Maps fotolarında senzuraya məruz qalır. Google-nin cavabı hazırdır: Fiziki şəxslərin üzünü göstərməyimiz qadağandır və hər birinin üzünü gizlətmək məcburiyyətindəyik, Polkovnik Sanders də həqiqi bir insan idi.

18. NATO mərkəzi, Portuqaliya: Burada əslində nəyin sirr olduğuna dair maraqlı bir vəziyyət yoxdur. Qəribə olan bir başqa Google Earth görüntüsünün kopyala/yapıştır modeli ilə orijinal görüntünün üstünün bağlanmasıdır. 

19. Seabrook Nüvə Stansiyası, ABŞ: Bu yerin ABŞ-ın şimal-şərqində ən ucqar nöqtədə yerləşən nüvə stansiya olduğu bildirilir. Bu barədə ətraflı və dəqiq bir məlumat yoxdur.

20. Raket bunkeri, İspaniya: "Wikimedia"dakı tədqiqatçılara görə, buradakı sahədə bunkerə bənzəyən bir bina var. Google-nin saxladığı, lakin "Yahoo Maps"ta aşkar olan sahə ilə bağlı "Virtual Earth" tətbiqində bir dənə də görüntü yer almır. Bölgə sirrini qoruyur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Narkoloji Mərkəzdə xəstə intihar edib

17

Fevral
10:36
HÜQUQ,HADİSƏ
146

Bakıda yol qəzası - xəsarət alan var

17

Fevral
09:58
HÜQUQ,HADİSƏ
262

Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı

17

Fevral
09:50
HÜQUQ,HADİSƏ
231

Xarici valyutaların manata qarşı məzənnələri

17

Fevral
09:40
İQTİSADİYYAT
232

MSK bu gün yenə toplanır

17

Fevral
09:21
SİYASƏT
294

Neft yenidən ucuzlaşıb

17

Fevral
09:10
İQTİSADİYYAT
295

Kamerunda qətliam

17

Fevral
08:37
DÜNYA
319

Bakıda qəza - prospektdə tıxac yarandı

15

Fevral
13:22
HÜQUQ,HADİSƏ
561

Qarabağada erməni əsgəri ölüb

15

Fevral
12:22
HƏRB
441

İmişlidə 1500 abonentin qazı kəsilib

15

Fevral
11:58
ÖLKƏ
409
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-02-2020 11:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru