Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Sentyabr

2016
10:05
Peşman oldular! Liviyalıların Qəddafi həsrəti
ABŞ və NATO-nun vəsvəsələri ilə Müəmmər Qəddafinin devrilməsinə vasitəçilik edən Liviya xalqı onun gedişiylə pozulan sabitliyin həsrətini çəkir

İngiltərə Parlamentinin Müdafiə Komitəsi Liviyanın süqutu və ölkədə İŞİD-in mövqesini gücləndirməsi ilə əlaqədar olaraq keçmiş baş nazir David Kameronu ittiham edən hesabatından sonra "Daily Mail" qəzeti ölkənin dünəni və bu günü arasındakı fərqi göstərən reportaj hazırlayıb. 

FaktXəbər-in məlumatına görə, reportajda liviyalılar beş ildir davam edən münaqişələrin yeritdiyi zorakılıq, enerji fasilələri, qıtlıq və qaçqın böhranlarından şikayət edərək, keçmiş günlərə olan həsrətlərindən danışıb. Qəzet xəbərində ayrıca olaraq şəxsən Müəmmər Qəddafiyə qarşı vuruşmuş keçmiş rejim əleyhdarı silahlıların fikirlərinə də yer verib.

NİFRƏT HƏSRƏTƏ ÇEVRİLDİ

Məhəmməd adlı 31 yaşlı keçmiş dissidenti, "2011-ci ildən qabaq Qəddafiyə hamıdan çox nifrət edirdim, amma indi həyat daha çətindir və mən onun ən böyük tərəfdarlarından biri halına gəlmişəm", - deyib.

Harun adlı neft sənayesində işləyən Liviyalı isə fikirlərini, "Qəddafidən xilas olmaq böyük bir səhv idi, çünki demokratiya üçün hazır deyildik və beynəlxalq cəmiyyətin heç gəlməyən dəstəyinə ehtiyacımız var", - söyləyib.

XAOS VƏ QEYRİ-SABİTLİK QALDI

Adının Fadil olduğu söylənən aktivist, "Bu günlərin Qəddafi dövründən daha yaxşı olacağını düşünmüşdük, lakin indi yerdə yalnız xaos qalıb. Hər kəs bir-biri ilə vuruşur, hər şey darmadağındır", - deyərək, Qəddafi əleyhdarlarının NATO və ABŞ tələlərinə düşdüklərini etiraf edib.

Digər tərəfdən, Tripolidə Tibb Universitetinin tələbəsi olan 26 yaşlı Salem isə ABŞ və İngiltərənin başlatdığı müharibədən sonra ümidlərinin sürətlə yox olduğunu deyib: "2011-ci ildən bu yana Qəddafinin 42 illik səltənəti boyunca ölən insan sayından daha çox insan öldü. Qəddafi dövründə bu cür problemlərimiz yox idi. Hər zaman pulumuz və işığımız var idi. Bəlkə insanların yüksək əməkhaqları yox idi, amma hər şeyi ucuz alırdıq, həyat daha sadə idi".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
770

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
982

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
764
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-05-2021 11:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru