Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Sentyabr

2016
16:05
Şəhid ailələrinə daha bir güzəşt tətbiq olunacaq

Azərbaycanda müvafiq icra hakimiyyəti orqanının (AMEA) müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alan şəhid ailəsi üzvlərinin də təhsil haqqından azad edilməsi mümkün olacaq.

Bununla bağlı məsələ Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

İclasda, həmçinin "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanuna da dəyişiklik edilməsi müzakirə olunub.

Belə ki, valideynlərini itirən və valideyn himayəsindən məhrum olan uşaqlar arasında olan şəxslərdən AMEA-nın müəyyən etdiyi elmi təşkilatın magistratura pilləsində oxuyanların da təhsil haqqı dövlət tərəfindən ödəniləcək.

Qeyd olunub ki, təklif olunan dəyişikliklər "Təhsil haqqında" qanuna uyğunlaşdırmaq məqsədi daşıyır.

Bundan başqa, "Təhsil haqqında" qanun layihəsinə yeni məzmunda maddə əlavə edilib. Əlavəyə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat - magistr təhsil proqramı əsasında təhsil prosesini həyata keçirən və məzunlara magistratura səviyyəsində təhsil haqqında dövlət sənədi verən qurumdur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
445

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
457

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
578

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
630
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 23:14





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru