Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Sentyabr

2016
11:36
Göygöl və Tərtərdə dolu düşüb

Faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 1-i gün ərzində, 2-si səhərədək ölkə ərazisində hava şəraiti dəyişərək qeyri-sabit keçib, güclü şimal-qərb küləyi əsib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensiv olub, Göygöl və Tərtərdə dolu düşüb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1.0-8.0 mm, Lənkəran-Astara zonasında 1.0-26.0 mm, Astarada 84.0 mm, Lerikdə 41.0 mm, Böyük Qafqazda 1.0-18.0 mm, bəzi dağlıq ərazilərdə 33.0-78.0 mm, Kiçik Qafqazda 1.0-2.0 mm, Qazax-Gəncə zonasında 1.0-8.0 mm, Mərkəzi-Aran rayonlarında isə 1.0-24.0 mm olub.

Şimal-qərb küləyinin sürəti bəzi rayonlarda 18-32 m/s, Abşeron yarımadası və Abşeron dəniz rayonunda 20-25 m/s təşkil edib, arabir 28 m/s-dək güclənib. (Trend)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
190

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
195

Sabah hava buludlu olacaq

07

May
13:38
ÖLKƏ
220
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-05-2021 20:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru