Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Avqust

2016
12:57
Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər təlimatlandırılır

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda UNICEF-in maliyyə və metodiki dəstəyi ilə ümumtəhsil məktəblərinin məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərin təlimatlandırılması üçün “Təlimçi hazırlığı” proqramına start verilib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təhsil nazirinin müvafiq əmrinə əsasən, keçirilən təlim-məşğələlərini məktəbəqədər təhsil üzrə ekspertlər və səriştəli psixoloq aparır.

Təlim 36 akademik saatlıq proqram əsasında 6 gün davam edəcək. Təlimlərdə ölkə üzrə seçilmiş 150 ali təhsilli müəllimin iştirakı nəzərdə tutulur.   

Təlimlərdə iştirak üçün müraciət edən 500 nəfərdən çox ərizəçinin sənədlərinin qoyulmuş meyarlara uyğunluğu təhlil edildikdən sonra 200 nəfər müəllim müsahibəyə dəvət olunub. Onlardan artıq 90 nəfəri müsahibə komissiyasının müsbət rəyini alıb və avqustun 25-dən təlimlərə qoşulublar.

“Təlimçi hazırlığı” proqramı üçün iştirakçı seçimi müsahibələri davam edir.

Növbəti həftə ərzində daha 60 müəllimin yeni qruplarda təlimlərə qoşulması planlaşdırılır. Bu proqramı uğurla başa vuran müdavimlərə təlimçi sertifikatı veriləcək və onlar ölkənin ümumtəhsil məktəblərinin məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərin təlimatlandırılmasına cəlb olunacaqlar.(apa)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
390

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
407

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
548

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
595
Şərhlər
kəmalə qasımova tərəfindən 16-09-2016 16:28:13 tarixində yazıldı
təlim
əla
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 20:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru