Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Avqust

2016
16:12
Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun vaxtı açıqlanıb

Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun avqustun 15-dən sentyabrın sonunadək aparılmasını nəzərdə tutulub.

 

Bu, təhsil naziri Mikayıl Cabbarovun “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 271 nömrəli qərarının icrası barədə” imzaladığı əmrdə əksini tapıb.

 

Əmrdə qeyd olunub ki, məktəbəhazırlıq qrupları təşkil olunacaq məktəblərdə sənədlərin qəbul günləri və saatları, tələb olunan sənədləri, sənədləri qəbul edən şəxsin adı, soyadı və telefonlarını, açılacaq qrupların sayını, eləcə də tədris dilini (dillərini), məşğələlərin başlanıb başa çatmasını, nümunəvi ərizə formasını əhatə edən məlumatların məktəbin əsas giriş qapısının qarşısında yerləşdirilməlidir.

 

Əmrdə o da bildirilir ki, məcburi köçkün məktəblərində müvafiq imkan və şərait, kadr potensialı olmadığı, məcburi köçkün ailələrindən olan uşaqların mövcud sayı bu məktəblərdə məktəbəhazırlıq qruplarının təşkilinə əsas vermədiyi hallarda həmin uşaqlar məktəbəhazırlıq təhsilinə ərazi üzrə yerli məktəblərdə cəlb edilirlər. (APA)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

18

May
16:56
BÖLMƏNİ DÜZ SEÇ!
203

Sabahın hava proqnozu açıqlandı

18

May
12:52
ÖLKƏ
239

Livan İsraili raketlə vurub

18

May
11:42
DÜNYA
205
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-05-2021 19:22





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru