Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Avqust

2016
11:58
Su ehtiyatlarının qeyri-bərabər paylanması regionlarda su qıtlığı yaradır

“Dünyanın bir çox ölkələrində su qıtlığı olduğu kimi Azərbaycanda da bu məsələ ə mövcuddur. Yağan yağıntı isə vegetasiya (bitkinin aktiv həyat fəaliyyəti, inkişafda olan vəziyyəti – red.) dövründə bitkilərin suya olan tələbatını ödəmir. Yağıntı əsasən qış və payız aylarına təsadüf edir. Vegetasiya dövründə yağan yağışlar adətən güclü yağışlar olmaqla, qısa vaxt ərzində davam edərək yüksək intensivli olur. Bu da bitki üçün çox yararsız olur”.

 

Bunu AMEA Eroziya və Suvarma İnstitutunun direktor vəzifəsini icra edən Zakir Əliyev deyib.

 

O bildirib ki, respublikanın illik su ehtiyatı 30,9 milyard kubmetr olduğu halda bunun yalnız 1/3 hissəsi, yəni 10,3 milyard kubmetri yerli çayların, 20,6 milyard kubmetri isə respublikanın ərazisinə kənardan daxil olan çayların hesabına yaranır. Quraqlıq illərdə isə su ehtiyatı 23 milyard kubmetrə enir: “Hazırda mövcud olan məlumatlara əsasən Cənubi Qafqazda orta hesabla 1 kv. km sahəyə 350 milyon kubmetr su düşür. Lakin bunun ərazi üzrə paylanması qeyri-bərabərdir. Ən çox Gürcüstanda-700, ən az isə Azərbaycanda-100 milyon kubmetr düşür”.

 

Z. Əliyev qeyd edib ki, su ehtiyatlarının respublikada həm ərazi üzrə, həm də ilboyu qeyri-bərabər paylanması bir çox regionlarda su qıtlığına səbəb olur: “Digər tərəfdən mövcud su ehtiyatı suvarılan torpaqların genişləndirilməsini məhdudlaşdırır. Azərbaycan şəraiti üçün suya qənaət edən suvarma texnikasının yaradılması və tətbiqi məsələsi günün aktual problemidir. Belə ki, suya qənaət edən mütərəqqi suvarma texnikasından istifadə etdikdə, suya 2,5 - 3,5 dəfə qənaət edilir, məhsuldarlıq 1,3 -1,5 dəfə artır və ən nəhayət bu yüksəlişlər məhz ətraf mühitin ekoloji tarazlığının qorunub saxlanılması ilə müşayiət olunur və ya pozulmur. Respublikada suvarılan ərazinin hazırda 90%-dən çoxunda yerüstü suvarma tətbiq olunur. Mütərəqqi suvarma ərazinin axtarışı və tətbiqi ilə yanaşı torpaq qrunt xüsusiyyətindən asılı olaraq yerüstü suvarma üsulunda tətbiq edilən şırım, zolaq və basdırma suvarma texnikasının təkmilləşdirilməsi suvarmanın mexanikləşdirilməsi və avtomatlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Ona görə də su itkisinin qarşısını almaq sahədə suyun bərabər paylanmasını təmin etmək, əl əməyini azaltmaq və yüngülləşdirmək suyun istifadəçilərə verilməsini asanlaşdırmaq və s. məqsədli mövzular birmənalı şəkildə günün tələbidir və mən deyərdim ki, bu mövzuların icrası aktuallığına görə xalq təsərrüfatı əhəmiyyətli məsələdir”. (APA)

Məqalədə : AMEA su qıtlıq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti bahalaşıb

23

İyun
11:45
İQTİSADİYYAT
135

Brent bahalaşıb

23

İyun
09:24
İQTİSADİYYAT
540

AMB-nin valyuta məzənnələri

23

İyun
09:12
İQTİSADİYYAT
495

Bakıda yeni Nəbatat bağı salınacaq

22

İyun
16:53
ÖLKƏ
717

Köçəryan seçkilərə etiraz edəcək

22

İyun
15:33
DÜNYA
698
Şərhlər
Zakir Əliyev tərəfindən 05-08-2016 20:48:37 tarixində yazıldı
təşəkkür
Hörmətli APA!, Çox hörmət bəslədiyim yüksək intellekt,danılmaz qələm sahibi-Fərid müəllim! İlk öncə dəyərli vaxtınızın böyük hissəsini təbil siqnallı, bizi və hər bir Azəri vətəndaşını narahat edən problem tapşırıqlı mövzu ətrafında mənimlə həmsöhbət olub, müsahibənizə görə sizə təşəkkür edib, təmsil etdiyim 65 yaşı qeyd olunacaq AMEA-nın Eroziya və Suvarma İnstitutu kollektivi adından minnətdarlığımı bildirirəm.Məqalənizi ölkədə yaşanan mövcud problemin həllinə çağrış qəbul edib, bu sahədə çalışan çoxsaylı elmi ictimayət tərəfindən yüksək qiymətləndirilib, Sizi daima sıralarımızda sayrışan olaraq, əməkdaşlığımızı dayanıqlı görmək arzusu ilə, Müsahibiniz- prof. Zakir Hüseyn oğlu Əliyev
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2021 13:15





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru