Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyul

2016
10:12
Kola, kofe narkotikdirmi?

Əgər siz kofe və ya kolanı hər gün içirsinizsə orqanizminizdə onlara  qarşı təlabat yaranır.

Hər gün həmin qidanın qəbuluna orqanizmdə ehtiyac duyulur və siz onlardan asılı vəziyyətə düşürsünüzsə onda kofe və kola narkotik sayılır.

Kofe qəbulu insanın mərkəzi sinir sisteminə birbaşa təsir edir. Kofeyə ehtiyac duyan şəxs onu içən kimi zehninin açıldığını və fikirlərinin aydınlaşdığını deyir. Kofein həm də qaraciyərdə toplanıb qalmış şəkərin orqanizmdən xaric olmasına yardım edir. Asılılıq yarananda isə onu qəbul edən şəxs kofe içdikdən sonra əhvalının xoş olduğunu söyləyir. Eyni sözləri koka-kola qəbulu haqqında da demək olar. Normadan artıq kofe və ya kola qəbulu endokrin sistemə təsir göstərir. Bu səbəbdən də gündəlik kofe və kola qəbul edənlərdə nevroz əlamətləri üzə çıxır. Onlar istədikləri zaman bu içkiləri qəbul etməyəndə narkotik qəbul etməyən narkomana dönürlər.

Ohayo ştatının onkoloq-cərrahı doktor Con Minton apardığı araşdırmalarına əsaslanaraq süd vəzi və qalxanvari vəz xərçəngi xəstələrinin hər gün kofe içən adamlar arasında daha çox yayıldığını deyir.

Böyük Britaniyanın "Lanset" tibb jurnalında doktor Filipp Koul sidik kisəsi xərçəngi xəstələrinin gündəlik 5 fincan kofe qəbul edən şəxslər olduğunu qeyd etmişdir.

Amerikanın Tıbb Assosiyasiyasi jurnalı kofeinə mübtəla olan adamların tədricən yuxusuzluğa, soyuqqanlı insana çevriilməsindən bəhs edən məqalələrlə tez-tez əhalini maarifləndirir.

Diqqətli olun, siz də kofeinin aludəçisinə çevrilib həyatınızı zəhərləməyin! (immunitet.az)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Xalq artistinə mənzil verdi

17

Sentyabr
16:45
ÖLKƏ
100

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
140

Putin: "ABŞ Əfqanıstandan qaçıb"

17

Sentyabr
12:40
DÜNYA
180

Bakı metrosunda yenilik

17

Sentyabr
10:32
NƏQLİYYAT
302
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2021 17:41





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru