Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyul

2016
14:20
Vüqar Bayramov: `Qızılın qiyməti daha da qalxacaq`

Qızılın dünya bazar qiymətində artımlar davam etməkdədir. Belə ki, son 2 ilin rekorduna imza atan qiymətli metalda axırıncı 1 ildə 17, son 6 ayda isə 24 faiz qiymət artımı qeydə alınıb. Qızıl son bir ayı da 7 faiz artımla başa vurub. Artıq qızılın 1 qramı 44 dollara təklif edilməkdədir.

FaktXəbər-in verdiyi məlumata görə, iqtisadçı alim Vüqar Bayramov bu statistikanı çatdırıb.

O, bir müddət öncə, ABŞ-ın aparıcı milyarderlərindən olan Corc Sorusun qızıl bazarına böyük məbləğdə sərmayə yönəltdiyini xatırladaraq, elə o zaman qızılın qiymətinin yüksələcəyini proqnozlaşdırdıqlarını bildirib: «Bu artımlar artıq müşahidə edilməkdədir. Qızıl bazarına yönəldilən sərmayələr qiymətli metala tələbi artırıb. Eyni zamanda, qlobal neft və valyuta bazarlarındakı qeyri-müəyyənlik investorların qızıla marağının artmasına səbəb olub. Nəticədə bu özünü dünya bazarında qızılın qiymətində artımlarda göstərməkdədir. Təbii ki, milyarder Corc Sorusun sözügedən bazara geniş məbləğdə sərmayə etdiyindən spekulyativ davranışların olması da istisna edilmir».

Ekspert Azərbaycanın qızıl bazarına qlobal qiymət artımlarının təsir göstərdiyini vurğulayıb: «Eyni zamanda güman olunur ki, növbəti dövrdə qiymət artımları daha çox hiss ediləcək. Bir tərəfdən Ramazan ayı başa çatdığı üçün yerli bazarda qızıla tələb yüksəlib, digət tərəfdən isə idxal edilən xam qızılın xərci artıb. Qızıl bazarındakı tələbin əsasən idxal hesabına ödənildiyini nəzərə aldıqda dünya bazarında qiymət artımları davam edəcəyi halda qiymət artımlarının olacağı qaçılmazdır».

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
450

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
467

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
583

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
635
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 23:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru