Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyun

2016
14:15
`Sovetski`də satın alınan evlərin sayı AÇIQLANDI

Nazirlər Kabinetinin 11 noyabr 2015-ci il tarixli, 358 saylı qərarına əsasən indiyə qədər Bakı şəhəri, Yasamal rayonunun "Sovetski" kimi tanınan ərazisində 710 yaşayış obyekti dövlət ehtiyacları üçün könüllü razılaşma əsasında vəsait ödənilməklə, sakinlərdən satın alınıb. 

Bunu Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini, köçürmə işləri üzrə komissiyanın sədri Səməd İslamov deyib. 

 

S. İslamov dövlət ehtiyacları üçün yaşayış obyektlərinin satın alınması istiqamətində işlərin davam etdiyini söyləyib. O qeyd edib ki, indiyə qədər "Sovetski"dən cəmi 3425 yaşayış obyekti satın alınıb. Başqa sözlə, 2715 yaşayış obyekti könüllü alqı-satqı yolu ilə, 710 yaşayış obyekti isə dövlət ehtiyacları üçün könüllü razılaşma əsasında vəsait ödənilməklə, sakinlərdən satın alınıb. 

 

Qeyd edək ki, Nazirlər Kabinetinin 11 noyabr 2015-ci il tarixli 358 saylı qərarına əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində ("Sovetski" məhəlləsi) Nəriman Nərimanov prospekti ilə Abdulla Şaiq, Lev Tolstoy, Əlibəy Hüseynzadə küçələri və Azərbaycan prospekti ilə Abdulla Şaiq, Çingiz Mustafayev və Süleyman Rəhimov küçələri arasındakı ərazidə 730, Nabat Aşurbəyova, Mirzə Fətəli Axundov, Çingiz Mustafayev və Bəşir Səfəroğlu küçələri arasındakı ərazidə 175 ədəd, Cəfər Cabbarlı küçəsi ilə Balababa Məcidov küçəsinin kəsişməsindən Nəriman Nərimanov prospektinə qədər olan ərazidə 70 ədəd və Balababa Məcidov küçəsi ilə Nabat Aşurbəyova küçəsinin kəsişməsindən Süleyman Rəhimov küçəsinə qədər olan ərazidə 118 ədəd, ümumilikdə sayı 1093 olmaqla vətəndaşlara məxsus yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan kimi Bakı Şəhər Yasamal Rayon İcra Hakimiyyəti müəyyən edilib. (APA)

Məqalədə : Sovetski evlər 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
419

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
357

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
351

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
370

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
368

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
483

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
481

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
474

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
547
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2021 05:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru