Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 İyun

2016
17:11
Orucun dəyərləri barədə 24 hədis

Məlumdur ki, isti günlərdə oruc tutmaq olduqca çətindir. Amma bu isti günlərdə də oruc tutmağın daha fəzilətli olduğu bildirilir. Biz orucun fəzilətləri barədə 24 hədis toplamışıq ki, bu müqəddəs ayda bütün oruc tutanları onları gözləyən mükafatlarla sevindirək. 

Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! (“Bəqərə” surəsi, ayə 163).

1. İslam Peyğəmbəri: “Bizə oruc ona görə vacib edilib ki, o, tər üçün sərinlikdir və insanı təkəbbürdən uzaqlaşdırır.”    

2. Allahın elçisi (s): “Hər şeyin zəkatı olduğu kimi, bədənin də zəkatı orucdur.” 

3. Həzrət Peyğəmbər: "Oruc tutun ki, sağlam olasınız". 

4. Həzrət Məhəmməd (s): "Əgər oruc tutan şəxs  müsəlman qardaşının qeybətini etməsə onun  uzanmağı belə ibadət olar".

5. Allahın elçisi buyurub:  "Yeyən xalqın arasında elə bir mömin yoxdur ki, onun bədənin bütün üzvləri Allahı zikr etməsin, mələklər onun üçün dua edib, istiğfar etməsin". 

6. İslam Peyğəmbəri: "Oruc Cəhənnəm odundan bir sipərdir".

7. Həzrət Fatimeyi Zəhra (s.ə):  "Allah orucu ixlasın təsdiqi üçün vacib edib".

8. İmam Baqir (ə):  "Oruc və həcc qəlbin rahatlığıdır".

9. İmam Sadiq (ə): Mehriban və Əzəmətli olan Allah buyurub ki, oruc Ona məxsusdur və məhz O, oruc tutanın mükafatını verəcək".

10. İmam Sadiq (ə): "Oruc tutanın yuxusu ibadət, susmağı isə zikrdir. Onun əməlləri və duaları qəbul olur".

11. İmam Sadiq (ə): "Oruc tutan üçün iki sevinc var: iftar açanda  və Allahla görüşəndə sevinmək".

12. İmam Sadiq (ə): "Oruc tutana iftar verən kəsin savabı oruc tutanın savabı ilə eynidir".

13. İmam Həsən Əskəri (ə): "Oruc varlı aclığın acısını nə olduğunu dadaraq kasıbı yedirsin deyə vacib olub".

Könüllü şəkildə oruc tutmağa çağırış

14. İslam Peyğəmbəri: "Əgər mömin 1 gün könüllü olaraq oruc tutarsa dünyanın bütün qızılları belə  Qiyamət günü ona verilən mükafatla müqayisə oluna bilməz".

15. İslam Peyğəmbəri (s): "Kim Allahın mükafatını qazanmaq üçün 1 gün könüllü olaraq oruc tutarsa onun hədiyyəsi bütün günahlarının bağışlanması olacaq".

16. Həzrət Məhəmməd (s): "Hər ay 3 gün oruc tutan kəs ömür boyu oruc tutan kimidir. Çünki Allah buyurub ki, 1 yaxşı iş görənə 10 yaxşı işin savabını verərəcək". 

17. İmam Sadiq (ə): "Allahdan mükafat almaq üçün 1 gün oruc tutan şəxs cənnətə daxil olacaq".

Orucun etikası

18. İslam Peyğəmbəri: "Uca Allah buyurub ki, Onun üçün bədənin bütün üzvləri ilə oruc tutmayan şəxsin yemək və içməyin orucuna ehtiyacı yoxdur".

19. İmam Əli (ə): "Haramlardan oruc  yemək və içməkdən orucu ilə eyni dərəcədədir".

20. Həzrət Fatimeyi Zəhra (s.ə): "Öz qulağına, dilinə, gözünə və digər bədən üzvlərinə sahib çıxmayan şəxsə orucun nə faydası var ki?"

21. İmam Sadiq (ə) Məhəmməd ibn Müslimə belə buyurub: "Ey Müslim, oruc tutanda qoy sənin qulağın, gözün, saçların və dərin də oruc tutsun". 

Qışda və istidə orucun üstünlüyü

22. İslam Peyğəmbəri: "Qışda oruc qənimətdir".

23. İmam Sadiq (ə): "Ən yaxşı cihad istidə oruc tutmaqdır".

24. İmam Sadiq (ə): "Qış mömin üçün bir bahardır.  Gecələri onun istirahəti üçün daha uzun, gündüzləri isə orucunun asan olması üçün daha qısadır".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxma sayı azalır

17

May
16:30
ÖLKƏ
154

DİN polis atasının iddialarına cavab verdi

17

May
15:13
HÜQUQ,HADİSƏ
165

"BACI DÖVLƏTLƏR" ÖZ AMPULASINDA

17

May
13:08
MÜNASİBƏT
205

Bakıda bir marşrutda gediş haqqı endirildi

17

May
10:38
İQTİSADİYYAT
311

18 minə yaxın şagird imtahan verəcək

17

May
10:25
ELM / TƏHSİL
296
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-05-2021 19:22





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru