Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 İyun

2016
22:24
Keçmiş Sovetski küçəsində söküntü ərazisində nə baş verir

Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi iyunun 7-də “Bakının tarixi silinir. Vətəndaş cəmiyyəti nə etməlidir?” mövzusunda dəyirmi masa keçirib və “Sovetski küçəsi” ərazisində evlərin söküntüsü zamanı kütləvi qanun pozuntularının araşdırılması və memarlıq abidələrinin və şəxsi mülkiyyətin toxunulmazlığı hüquqlarının qorunması üzrə xüsusi işçi qrup yaradılması haqqında qərar qəbul edib.

“Sovetski” sakini Gülçöhrə Əliyevanın təşəbbüsü ilə iş beş istiqamətdə - tarixi və memarlıq abidələrinin qorunması, şəxsi mülkiyyət sahiblərinin hüquqlarının müdafiəsi, ekoloji və texnogen təhlükələrin araşdırılması və qarşısının alınması, cəmiyyətin müdafiəsi, məlumatlandırma və tarixi irsin və vətəndaş hüquqlarının müdafiəsinə yardım istiqamətlərində aparılacaq.

“Sovetski” adlanan geniş ərazidə evlərin sökülməsi 2013-cü ilin yazında qanuni əsas olmadan başlayıb və vətəndaşların konstitusiyada zəmanət verilmiş hüquqlarının kobud şəkildə pozulması, şəxsi mülkiyyətin toxunulmazlığı prinsipinin pozulması, yüzlərlə tarix və memarlıq abidəsinin dağıdılması ilə müşaiyət olunub.

Bütün qanunazidd işlərə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifov və Yasamal rayon İcra Hakimiyyətinin rəhbəri İbrahim Mehdiyev rəhbərlik edir, deyə “Sovetski” sakini, hazırda hökumətə qarşı məhkəməsi olan Faiq Əliyev bildirib.

Sakinlər bildiriblər ki, son vaxtlar evlərini tərk etməkdən imtina edən şəxslərin evlərinin sökülməsi intensivləşib. “Bizim qazımızı, suyumuzu, elektrik enerjisini kəsiblər və evimizdən çıxarmağa çalışırlar”, deyə Gülçöhrə Əliyeva bildirib.

Rəsmi olaraq “Sovetski” ərazisində 10 minə yaxın ünvan olduğu bildirilmişdi, bunların əksəriyyəti ötən əsrin əvvəllərində tikilib. 138-ə yaxın bina qanunla mühafizə olunan tarixi-memarlıq binaları siyahısına daxil edilib.

“Ölkənin ali qanunu, daha dəqiq isə 29-cu Mülkiyyət Hüququ maddəsi, o cümlədən şəxsi mülkiyyət hüququ qanunla mühafizə olunur. Heç kim məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tamamilə müsadirəsinə yol verilmir. Dövlət ehtiyacı üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız əvvəlcədən onun dəyərinin ədalətli şəkildə ödənilməsi şərtilə yol verilə bilər”, deyə hüquqşünas Ələsgər Məmmədli bildirib.

Evlərin söküntüsü dövlət ehtiyacı üçün özgəninkiləşdirmə adı altında aparılır. Amma qanun “ehtiyac” dedikdə magistral yolların, neft-qaz borularının, yüksəkvoltlu elektrikötürücü xətlərin, dövlət əhəmiyyətli kanalizasiyaların və hidrotexnik qurğuların tikintisini, dövlət sərhədinin möhkəmləndirilməsini, müdafiə təyinatlı obyektlərin tikintisini nəzərdə tutur. ““Sovetski”də bunların heç biri yoxdur və bu müddəanın tətbiqi yolverilməzdir”, deyən şairə Kəmalə Əbiyeva qeyd edib ki, şəxsi mülkiyyəti sökənlərin istinad etdikləri Bakının Baş İnkişaf Planı indiyədək qanun kimi təsdiq edilməyib.

Hökumət iddia edir ki, “Sovetski” sakinlərinin əksəriyyəti hakimiyyətlə qarşılıqlı razılaşma əsasında kompensasiya alaraq, öz evlərini tərk edib gediblər. Amma “Sovetski”nin qorunması haqqında müraciətin altına artıq minlərlə imza toplanıb.

Sovetski küçəsi Bakıda tarixi yaşayış məhəlləsinin qeyri-rəsmi adıdır. Sovetskidə yüzdən çox yaşı olan bir çox yaşayış binası, məscidlər, hamamlar, muzeylər, məşhur şəxslərin yaşadığı evlər var. Bu məhəllə həmçinin “Bayır şəhər” adı ilə məşhurdur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
424

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
357

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
351

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
385

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
373

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
508

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
486

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
474

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
552
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2021 06:47





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru