Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 May

2016
16:02
Əfqanıstanda təyyarə qəzasında ölənlərin cəsədləri Bakıya gətirilib

 “SilkWay” aviaşirkətinə məxsus “An-12” yük təyyarəsinin mayın 18-də Əfqanıstanda qəzaya uğraması nəticəsində ölən yeddi heyət üzvünün cəsədi bu gün Bakıya gətirilib.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından APA-ya verilən məlumata görə, bundan sonra zəruri məhkəmə-tibbi ekspertizası aparılacaq.

Xatırladaq ki, qəzaya uğrayan təyyarə Əfqanıstan daxilində yük daşımalarını həyata keçirmək məqsədilə “SilkWay” şirkətindən icarəyə götürülüb. Təyyarə Dvayerə Baqrandan (Əfqanıstan) gəlib və yanacaq doldurulması üçün Marı şəhərinə (Türkmənistan) yola düşüb. Təyyarənin göyərtəsində yük olmayıb.

Təyyarənin göyərtəsində beş Azərbaycan vətəndaşı, üç Ukrayna vətəndaşı və bir Özbəkistan vətəndaşından ibarət (hava gəmisinin kapitanı) doqquz ekipaj üzvü olub.

Hadisə nəticəsində iki Ukrayna vətəndaşı - texniklər Qanja Andrey və Əliyev Rəmzi sağ qalıb. Onların vəziyyəti stabil qənaətbəxş olaraq qiymətləndirilir və onlara bütün lazımi tibbi yardım göstərilir.

Bundan əlavə, qəzaya uğrayan “An-12” təyyarəsinin “qara qutuları” Bakıya gətirilmişdir və onların vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir. “Qara qutuların” oxunması ilə Azərbaycan tərəfi Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) mütəxəssisləri ilə birlikdə məşğul olacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
396

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
556
Şərhlər
Niyaz Niyazov tərəfindən 21-05-2016 01:12:14 tarixində yazıldı
Pilotların yasıyla ilgili
Əfqanıstanda təyyarə qəzasında dünyalarını dəyişmiş pilotların hamısına Allahdan rəhmət diləyirəm.Qəbirləri nurla dolsun. Onların ölümlərində günahkarlar varsa,Allah onlara lənət eləsin.Dünyalarını dəyişmişlərin hamısının ailələrinə başsağlığı verirəm. Hörmətlə: "Gül.-Gün."sahibkar müəssisəsinin sahibkarı, Gəncə hava limanının işçisi- Niyazov Niyaz Novruz oğlu
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 10:38





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru