Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 May

2016
17:00
Ekoloq Mingəçevir su anbarındakı su sızması ilə bağlı xəbərdarlıq etdi
“Su anbarından Bakıya qədər yolun üstündə olan bütün ərazilər suyun altında qala bilər”

Mingəçevir su anbarında problemlər yaranıb. Belə ki, anbarın dambalarında su sıxmaları müşahidə olunub. Bəs görəsən, yerli camaatın bu barədə məlumatlanıbmı? 

FaktXeber.com məsələ ilə əlaqədar Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovdan münasibət öyrənib.

Ekoloq camaatın bu barədə nə dərəcədə məlumatlı olduğundan xəbəri olmadığını bildirdi: “Bu barədə məlumatım yoxdur, bilmirəm. Ekologiya naziri Hüseyn Bağırov orda olanda ona çatdırıblar ki, Mingəçevir su anbarında belə bir problem var. O da gedib, yerində görüb, ona görə də məlumat verib. Mən də ona müvafiq açıqlama vermişəm”.

Bəs ekoloji fəlakət yaşanacağı təqdirdə, bu əsasən hansı rayonlara təsir göstərəcək?

Ekspert bildirdi ki, belə bir hadisə baş verərsə, Mingəçevir su anbarından Bakıya qədər yolun üstündə olan bütün ərazilər suyun altında qala bilər: “Çünki orda milyard kubmetrlərlə su var. Anbarın özü də hündürdədir. Onun təzyiqindən, axma sürətindən heç bir bina-filan tab gətirə bilməyəcək. Hamısı dağılacaq.”

Ancaq buna baxmayaraq, ekoloq, dövlətin buna imkan verməyəcəyini vurğuladı: “Çünki Fövqəladə Hallar Nazirliyinin bundan xəbəri var. Onlar nümayəndə göndəriblər, araşdırırlar. Lazım olan tədbiri də görəcəklər.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 40 dərəcə isti olacaq

23

İyun
13:34
ÖLKƏ
867

Azərbaycan neftinin qiyməti bahalaşıb

23

İyun
11:45
İQTİSADİYYAT
857

Brent bahalaşıb

23

İyun
09:24
İQTİSADİYYAT
1249

AMB-nin valyuta məzənnələri

23

İyun
09:12
İQTİSADİYYAT
1199
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2021 07:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru