Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 May

2016
12:06
Mingəçevir su anbarındakı sızmanın təhlükəsi varmı?
«Həddən artıq çox su buraxsalar, kəndləri, qəsəbələri su basacaq»

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Mingəçevir su anbarında problemlər olduğunu deyib. Nazir bildirib ki, anbarın dambalarında su sızmaları müşahidə olunur.

Hüseyn Bağırov su anbarında su artımı baş verəcəyi halda, müəyyən problemlərin yaranmasını da istisna etməyib: “Bunu həmin dambaları idarə edən təşkilatlar daha yaxşı bilir və tədbirlər görürlər”.

Ekoloq Telman Zeynalov bildirib ki, sızma baş versə və suyun səviyyəsi artsa, suyun çaylara, kanallara buraxılması məcburiyyəti yaranacaq: “Mingəçevir su anbarında səviyyənin artması belə bir məcburiyyət yarada bilər. Həddən artıq çox su buraxsalar, kəndləri, qəsəbələri – hər yeri su basacaq. Təhlükə yalnız budur, su anbarında başqa bir qorxu yoxdur”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 40 dərəcə isti olacaq

23

İyun
13:34
ÖLKƏ
852

Azərbaycan neftinin qiyməti bahalaşıb

23

İyun
11:45
İQTİSADİYYAT
837

Brent bahalaşıb

23

İyun
09:24
İQTİSADİYYAT
1229

AMB-nin valyuta məzənnələri

23

İyun
09:12
İQTİSADİYYAT
1184
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2021 07:14





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru