Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 May

2016
10:58
Güclü yağış Mingəçevirdə fəsadlar törədib - FOTO

Mingəçevir şəhərini sel basıb, evlərin zirzəmiləri, həyətlər lillə örtülüb, küçələrdə keçilməz gölməçələr yaranıb. İki gündür ki, yağan leysan yağışları nəticəsində yaranan sel suları Mingəçevir şəhərinin “Günəşli” yaşayış massivində fərdi evlərin zirzəmisinə dolub.

       

Şəhərin şimalındakı dağlardan gələn sel suları həyətyanı sahələrdə vətəndaşlara məxsus tərəvəz sahələrini, ev quşlarını tələf edib. Şəhərin daxilindən keçən su arxlarının, eləcə də Havarlı suvarma kanalının suyu daşaraq kənardakı evlərə, əkin sahələrinə ciddi ziyan vurub, həyətləri qalın lil qatı örtüb. İnsanların küçələrdə piyada, hətta avtomobillə gediş-gəlişi çətinləşib. Mingəçevir Mənzil Kommunal Təsərrüfatı İstehsalatı Birliyinin əməkdaşları “Günəşli” yaşayış massivində selin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində işlərə başlayıb.

 

Kanalizasiya boruları palçıqla dolduğu üçün həyətlərə və evlərin zirzəmisinə yığılan suyu çəkib götürmək işi də çətinləşib. Həyətlərə dolan çirkli sular motor vasitəsilə çəkilərək arxlara axıdılır. Gələcəkdə ərazidə yenidən baş verə biləcək sel təhlükəsinin qarşısının alınması üçün su kanallarının lil və çöküntülərdən təmizlənməsinə başlanılıb və bu məqsədilə əraziyə ağır texnikalar cəlb edilib. 

Məqalədə : Mingəçevir 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 40 dərəcə isti olacaq

23

İyun
13:34
ÖLKƏ
872

Azərbaycan neftinin qiyməti bahalaşıb

23

İyun
11:45
İQTİSADİYYAT
857

Brent bahalaşıb

23

İyun
09:24
İQTİSADİYYAT
1249

AMB-nin valyuta məzənnələri

23

İyun
09:12
İQTİSADİYYAT
1199
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2021 08:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru