Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Aprel

2016
12:11
Avstriya prezidenti iqtisadçı alim Vüqar Bayramovu qəbul edəcək

Avstriya hökuməti beynəlxalq ekspertlər öz ölkəsinə dəvət edib. 30-a yaxın ölkənin təmsilçiləri 1 həftə ərzində Vyana və Salzburq şəhərlərində görüşlər keçirib, müzakirələr aparacaqlar. Azərbaycanlı alim, tanınmış iqtisadçı Vüqar Bayramov da Avstriya hökumətinin dəvət etdiyi ekspertlər arasındadır. 

Hazırda Vyanada olan Vüqar Bayramov Musavat.com-a bildirib ki, onun dəvəti Avstriya Avropa, İnteqrasiya və Xarici İşlər Nazirliyinin dəstəyi ilə icra edilən Avstriya Liderlər Proqramı çərçivəsində reallaşıb. Bu proqram çərçivəsində ilk dəfə olaraq dünyanın aparıcı ekspertləri bir araya gəlir. Müxtəlif qlobal, o cümlədən iqtisadi və enerji mövzularında müzakirələr təşkil ediləcək. Beynəlxalq ekspertlərin Avstriyaya səfəri aprelin 24-dək mayın 1-dək davam edəcək.

Vüqar Bayramov bildirib ki, səfər çərçivəsində Avstriyanın bir neçə naziri ilə görüşləri olacaq: “Paytaxtda yerləşən imperial sarayda Avstriyanın Prezidenti cənab Heinz Fişher tərəfindən qəbul ediləcəyik. Avstriya Prezidentinin bizimlə görüşməsi müzakirələrin əhəmiyyətinin yüksək olmasının göstəricisidir. Bununla yanaşı, Neft İxrac edən Ölkələrin Təşkilatı (OPEK),  Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) kimi aparıcı təşkilatların rəhbərliyi ilə görüşlər olacaq. Avstriyada fəaliyyət göstərən aparıcı biznes qurumlarının rəhbərləri də beynəlxalq ekspertlər ilə müzakirələr aparacaqlar. Son zamanlar müşahidə edilən qlobal geriləmələr, enerji daşıyıcılarının qiymətindəki dəyişikliklər, müxtəlif ölkələrdən tərəfindən həyata keçirilən iqtisadi islahatlar paketi də müzakirələrin mövzusu olacaq”.

Azərbaycanlı iqtisadçı əlavə edib ki, bir həftə sürəcək müzakirələr və görüşlər yalnız Avstriya hökumət, biznes elitası və beynəlxalq qurum rəhbərləri ilə deyil, eyni zamanda ekspertlər arasında müzakirələrin təşkil edilməsinə imkan verəcək. Bunu qlobal problemlərin müzakirəsinə yeni yanaşma kimi qiymətləndirmək olar. Beynəlxalq ekspertlər həmçinin Salzburq şəhərinə səfər edərək orada dövlət və biznes nümayəndələri ilə görüşlər keçirəcəklər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
450

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
472

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
583

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
640
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-05-2021 00:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru